İçində od yanan qazana atacaqlar

Tarix: 18:20 11.07.2025
Terrorsuz Türkiyə prosesində PKK-nın silah buraxacağı bu günkü mərasimə diqqətlər yönəlib. Proqramla bağlı diqqətçəkən detallara aydınlıq gətirilib. Məlumata görə, terror təşkilatının üzvləri mərasim keçirilən əraziyə bir cığırla enərək gələcək və silahlarını içində od yanan böyük bir qazana atacaqlar. Digər tərəfdən, silah buraxma görüntülərində terror təşkilatının yüksək vəzifəli bir nümayəndəsinin də yer alacağı bildirilib.
Milli İstiqbarat Təşkilatının (MİT) koordinasiyası ilə planlaşdırılan və diqqətlə izlənilən mərasim üçün Diyarbəkirdən bir qrup şəxs Şimali İraqa yola düşüb. 150 nəfərlik heyətdə DEM Partiyasının üzvləri və bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri də yer alıb.
Verilən məlumata əsasən, terror təşkilatının üzvləri cığırla enərək gələcək və silahlarını içində od yanan böyük bir qazana atacaqlar. Silah buraxma görüntülərində PKK terror təşkilatının yüksək rütbəli bir üzvünün də görünəcəyi və onun da silahını buraxacağı qeyd olunub.
Haberler.com
Aygün Babayeva