Əminə Ərdoğan Srebrenitsa soyqırımı qurbanlarının xatirəsini yad edib

Tarix: 18:33 11.07.2025
Srebrenitsa soyqırımını xatırlamaq — təkcə hüzn ifadəsi deyil, həm də insan ləyaqətinin müdafiəsi uğrunda mübarizənin davamıdır. Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan faciənin 30-cu ildönümü ilə bağlı sosial şəbəkədəki paylaşımında qeyd edib.
“Bu gün Srebrenitsanı xatırlamaq — təkcə kədərlənmək deyil, insanlığın ləyaqətini qorumaq uğrunda mübarizə aparmaq deməkdir”, – deyə o vurğulayıb.
Ərdoğan bildirib ki, yaşananların ağrısı hələ də xalqların yaddaşındadır.
“Srebrenitsa soyqırımının ildönümündə, ağrısı hələ də dinməmiş bu faciədə günahsız yerə həyatını itirən bosniyalı qardaşlarımızı dua ilə yad edir və onların yaxınlarına səmimi başsağlığı verirəm”, – deyə o əlavə edib.
Anadolu Agency
Ayan Əsgərova