Trampdan ciddi bəyanat iddiası

Bölmə: Siyasət › ,
Tarix: 19:15 11.07.2025

ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanatla çıxış edəcəyini bildirib. O, NBC News-a verdiyi açıqlamada bəyanatın məzmununu açıqlamasa da, “Rusiya ilə bağlı məyus oldum” sözləri ilə gərginlik siqnalı verib.

 

Mövzu ilə bağlı politoloq Vaqif Hüseyn "İnformator.az"a açıqlamasında bildirib ki, Trampın bu məsələdəki yeni bəyanatı əslində heç də yeni deyil:

 

"Sadəcə olaraq, Tramp Admistrasiyası hakimiyyətə gəldiyi gündən Rusiyanıın hazırkı hakim rejimi ilə dil tapacağına ümid edir. Tramp hər şeyin gəlir, mənfəət üzərindən həll olunacağını düşünür. Putinin Ukrayna ilə bağlı niyyəti Ukraynanı tamamilə Rusiya tərəfinə ilhaq olunmasıdır. Bu adamları hərəkət etdirən bir şey varsa, bu da onların panslavist ideologiyasıdır. Zənnimcə, Tramp başa düşməlidir ki, onların qarşısında bu ideologiya ilə hərəkət edən rejim var. Bu bəyanat onu bildirir ki, artıq yeni bir dönəm başlayıb. Çünki Rusiya tərəfi Trampın istəklərin uyğun heç bir addım atmır.

 

Rusiya İstanbul danışıqlarına ikinci dərəcəli adamını-Medinskini göndərib. Bu daonun heç bir danışıqda ümumiyyətlə, maraqlı olmadığnı göstərir. Trampın bu dövrdə etdiyi hərəkət Ukraynanın hücum gücünün bir qədər azalmasına səbəb olub. Bundan sonra təbii ki, fərqli situasiya ola bilər. Rusiya bu siyasətlə davam edərsə, Tramp kimi müttəfiqi də itirə bilər. Daxili siyasi məqsədlərə gəlincə, Tramp xarici siyasəti buna qarışdırmır. Son imzaladığı qanunda o vergiləri azaldıb və bu çox ciddi əks səda doğurub. Fikrimcə, bundan sonra Rusiya tərəfi hər hansı bir addım atmazsa, Tramp Baydenin xəttini yenidən geri qayıdacaq".


Billurə Quliyeva