Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsinin mandatı uzadılacaq

Tarix: 19:28 11.07.2025
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun mandatı daha iki il müddətinə uzadılacaq.
Bu barədə "İnformator.az" Aİ Xarici İşlər Nazirləri Şurasına istinadən məlumat verir.
“Maqdalena Qrono regionun hər üç ölkəsində yaxşı əlaqələr yaradıb. Nazirlərin görüşündə Şuranın prezidenti onun bu vəzifədə fəaliyyətinin növbəti iki il müddətinə uzadılmasını təklif edəcək”, - Aİ rəsmisi qeyd edib.