“Biz tamamilə keyfiyyətcə yeni bir mərhələdəyik“-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:10 11.07.2025

Azərbaycanla sülh sazişinin imzalanmasını gələn ilə saxlamaq Ermənistanın Baş naziri Nikol Paşinyan üçün risklidir. Ona qarşı 3 qüvvə - radikal müxalifət, kilsə və bir qrup iş adamı birləşib. Bu 3 qüvvənin arxasında Kreml dayanır.


Mövzu ilə bağlı politoloq Orxan Amaşov “İnformator.az”a açıqlamasında bildirib ki, Abu-Dabi də hazırda məhz adına sülh müqaviləsi dediyimiz sənədin imzalanmasından söhbət gedir:

 

“Bu sülh müqaviləsinə doğru gedən yolda çox vacib bir addımdır. Mahiyyət etibarı ilə yeni bir mərhələyə qədəm qoymuşuq. Bəli, Nikol Paşinyanın vəziyyəti hazırda ağırdır, amma Azərbaycan kənardan onun vəziyyətini yaxşılaşdırmağa cəhd edən ölkə kimi görünməli deyil. Amma o da aydındır ki, sülh prosesinin uğuru Paşinyanın siyasi taleyinə çox mühüm təsir edəcək. Bu prosesin uğurlu olmasını, müəyyən nəticələr verdiyini göstərmək lazımdır. Hazırda həm Azərbaycanın Rusiya ilə münasibətlərində məlum gərginlik var. Ermənistandakı daxili prosesdə də Rusiyanın hansı rol oynaması bizə bəllidir. Zənn edirəm ki, Paşinyan hazırda hakimiyyətini qorumaq iqtidarındadır. Onun yaxın bir zamanda devriləcəyi qənaətində deyiləm. Hələ ki, biz 2026-cı ildə keçiriləcək seçki öncəsi prosesin daxilindəyik. 2023-cü ilin sonlarından Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdikdən sonra iki xarakter ikili xarakter daşıyır. Buna bir dəyişiklik ediləcəyini zənn etmirəm. Görüşün özünə qayıtdıqda isə çox əhəmiyyətlidir. Bu artıq hansısa bir böyük bir konqreqasiyanın böyük bir konfransın kluarlarında keçirilən qısa bir görüş deyil. Bu hazırlanmış deleqasiyaların iştirak etdiyi geniş tərkibdə müzakirələrin həyata keçirildiyi və liderlərin təkbətək başa düşdüyü bir mexanizmdir. Hesab edirəm ki, son vaxtlar baş verən hadisələr, istər İran-İsrail müharibə, istər hər iki ölkənin Rusiya ilə münasibətdə müəyyən gərginliklərin müşahidə olunması, kommunikasiya xətlərinin açılması, Zəngəzur koridorun açılması istiqamətində tərəflərin müəyyən bir razılığa doğru istiqamətlənməsin şartlarının bizim tərəfimizdən seçilməsi ona bunu deməyə əsas verir ki, biz tamamilə keyfiyyətcə yeni bir mərhələdəyik. Bu mərhələ tez bir zamanda müəyyən bir anlaşmanın imzalanması ilə nəticələnəcək. Bu anlaşma nə zaman imzalayacaq? Bu barədə dəqiq fikir söyləmək çətindir, amma burada söhbət mərhələli sülhdən gedir. Zənn edirəm ki, hazırda əsas fokus Zəngəzur koridoru üzərindədir. Hər şey aydındır. Müqavilənin mətni də hazırdır. Müqavilədən kənarda olan maliyyələrdə məlumdur. Bunlar Ermənistan konstitusiyası və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlıdır. Onlar istiqamətində addım atılmalıdır və kommunikasiya xətlərinin açılması məsələsi həll edilməlidir”.


Aysel Mirzəyeva