Sülh əli kimi qəbul edilməlidir

Bölmə: Siyasət › ,
Tarix: 21:16 11.07.2025

Azərbaycan və Ermənistan arasında əldə olunacaq sülh razılaşması təkcə bu iki ölkənin gələcəyi üçün deyil, ümumilikdə Cənubi Qafqaz və Avrasiya regionu üçün strateji əhəmiyyət daşıyıb. Bunu gürcü siyasi şərhçi, Gürcüstanın 2004–2006-cı illərdə münaqişələrin həlli üzrə naziri Giorgi Xaindrava deyib:“Bizim müstəqillik əldə etdiyimiz vaxtdan bu günədək bir-birimizə qarşılıqlı dəstəyimiz göz qabağındadır. Bu, Qafqaz üçün ən uğurlu əməkdaşlıq nümunəsidir. Azərbaycanın regionda oynadığı rol olduqca vacibdir. Sülh təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də Asiya ilə Avropanı birləşdirən mühüm arteriya üzərində yerləşən Cənubi Qafqaz üçün taleyüklü məsələdir.

O, nə istədiyini bilir və məqsədinə necə nail olacağını da. Onun uzatdığı əl – bu, əslində bütün bölgəyə uzadılmış sülh əlidir. Bu jest çox önəmlidir".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elman Vəliyev bildirib ki, iki tərəf arasında sülh olarsa, bu, Qafqaz üçün, xüsusilə də Cənubi Qafqaz üçün müsbət impulslarla təsir edə bilər:

 

“Çünki illərdir ki, Cənubi Qafqazda konkret münaqişə ocaqları var idi. Bu münaqişə ocaqları böyük itkilərə səbəb olub. BƏƏ-də Azərbaycan və Ermənistan diplomatlarının görüşməsi müsbət hiss bağışlayıb. Belə davam etsə, Qafqaz üçün iqtisadi sektorda böyük dəyişikliklər ola bilər. Giorgi Xaindravanın ‘sülh əli’ adlandırdığı jestin reallaşması hələlik abstrakt görünsə də, Rusiyada Azərbaycan–Ermənistan tərəflərinin görüşməsi sayəsində daha böyük bir qıcıq yaranıb. Zənn edirəm ki, Rusiya Cənubi Qafqazdan asanlıqla əl çəkməyəcək. Qafqazın sahibi Rusiyadır. Qafqaz ölkələri yeni bir xətt cızsalar, Qafqazda sabitlik və inkişaf üçün yetərli ola bilər".

 

Aygün Babayeva