Baxçalı: Türkiyə terror bəlasından qurtuluş astanasındadır

Tarix: 21:42 11.07.2025
MHP sədri Dövlət Baxçalı bildirib ki, separatçı terror təşkilatı PKK 5-7 may 2025-ci il tarixlərində keçirdiyi 12-ci qurultayında təşkilati varlığını ləğv edib və silahı yerə qoymaq qərarı alıb.
O, bunun 27 fevral İmralı bəyanatına əsaslanan “Sülh və Demokratik Cəmiyyətə Çağırış”a uyğun baş verdiyini qeyd edib və deyib: “Türkiyə yarım əsrlik terror bəlasından qurtuluş astanasındadır”.
Baxçalı əlavə edib ki, PKK-nın qurucu rəhbərliyi öhdəliklərini yerinə yetirib, təhlükələri qabaqcadan görüb və doğru qərar verib.
TRT XƏBƏR
Mahmudlu Ləman