Millətimizin birliyi, Türkiyəmizin yolu açıq olsun-Əminə Ərdoğan

Bölmə: Dünya › ,
Tarix: 17:03 14.07.2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, birlik və qardaşlıq ruhu ilə atılan addımların Türkiyəni hər sahədə daha da irəli aparacağına inandığını bildirib.


Əminə Ərdoğan, sosial media hesabında Ankaranın Kızılcahamam rayonunda bir oteldə keçirilən AK Partinin 32-ci Məşvərət və Dəyərləndirmə Toplantısı ilə bağlı paylaşımında belə deyib:
“Birlik və qardaşlıq ruhu ilə atılan addımların ölkəmizi hər sahədə daha da irəli aparacağına qəlbdən inanıram. Millətimizin birliyi, Türkiyəmizin yolu açıq olsun.”


TRT Haber
Xəlilli Nigar