Paşinyanla Makron Ermənistan-Azərbaycan münaqişəsindən danışıblar

Tarix: 23:33 14.07.2025
Ermənistanın baş naziri Nikol Paşinyanla Fransa prezidenti Emmanuel Makron arasında keçirilən Paris görüşündə Ermənistan-Azərbaycan mövzusu diqqət mərkəzində olub.
"İnformator.az" xəbər verir ki, bu barədə Fransa prezidenti sosial şəbəkə hesabında yazıb.
O, Ermənistanın baş naziri ilə danışıqların təfərrüatlarını açıqlayıb və postu erməni dilində yazıb.
Makron qeyd edib: “Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması regionun bütün xalqları və ölkələri, eləcə də onun hüdudlarından kənarda olanlar üçün yeni səhifə aça bilər”.