Tiflisdə yaşayış binası uçub

Tarix: 23:32 14.07.2025
Tiflisdə Vağzal meydanı yaxınlığında yaşayış binasının bir hissəsinin uçması nəticəsində bir nəfər ölüb, xəsarət alan daha bir nəfər isə xəstəxanaya yerləşdirilib.
"İnformator.az" xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladze məlumat verib.
DİN rəhbəri, həmçinin Tiflis meri Kaxa Kaladze hadisə yerinə gəliblər.
Merin sözlərinə görə, bina qəzalı vəziyyətdə olub, lakin sakinlərlə ümumi razılaşma olmadığından onların daha öncə köçürülməsi baş tutmayıb.