İsraildəki ekstremist qruplaşma Qəzzaya gedən yardım maşınlarının qarşısını kəsib

Tarix: 21:06 14.07.2025
Onlarla fanatik israilli humanitar yardım daşıyan yük maşınlarının İordaniyadan İsrailin blokadası və hücumları altında olan Qəzza zolağına keçməsinə mane olub.
İsrailin “Maariv” qəzetinin məlumatına görə, “Emir 9” ekstremist qruplaşmasına mənsub onlarla israilli İordaniya ilə işğal altındakı İordan çayının qərb sahili arasındakı Kral Hüseyn (Allenbi) körpüsü ilə Qəzzaya gedən humanitar yardım maşınlarının qarşısını kəsib.
İsrail Hayom qəzeti Qəzzada əsir olan bəzi israilli ailələrinin yardım maşınlarının Qəzzaya daxil olmasının qarşısını almaq üçün “Emir 9” üzvləri ilə birləşdiyini bildirib.
Xəbərdə İsrail qruplaşmasının "Bu, hələ başlanğıcdır. Yaxın günlərdə HƏMAS-a aparan yardım marşrutlarını hədəf alan daha böyük etirazlar davam edəcək" sözlərini sitat gətirib.
“Emir 9” təşkilatı
İsrailin cənubundakı Nevivot qəsəbəsində yaşayan ekstremist israillilər tərəfindən irəli sürülən bu təşəbbüsdə "Son qaçırılan şəxs qayıdana qədər heç bir yardım göstərilməməsi" və "Qəzzəyə yardım etmək üçün israilli məhbusların azad edilməsi" tələbi irəli sürülür.
"Emir 9" adını ehtiyat əsgərlərin dərhal İsrail ordusuna cəlb edilməsini istiqamətləndirən Ehtiyat Xidməti Qanununun 9-cu Sərəncamından götürür.
İsrailin “Emir 9” ekstremist qrupu HƏMAS-la mübarizə aparmaqla yanaşı, Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) “qanuni ləğvini” də istəyir.
“Emir 9” İsrail cəmiyyətinin qisas almaq istəyi ilə Qəzzada humanitar fəlakətin şiddətlənməsinə töhfə verən ekstremist təşkilat hesab olunur.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli