6 iyulda keçirilən II və III qrupların nəticəsi açıqlanıb

Bölmə: Sosial › ,
Tarix: 20:01 18.07.2025

6 iyulda II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri elan olunub. Bununla da bu iki qrup üzrə imtahan mərhələsi yekunlaşıb və abituriyentlər üçün ixtisas seçiminə hazırlıq mərhələsi başlayıb. Artıq ballar tam şəkildə məlumdur və bu, təxminlərin və gözləntilərin daha dəqiq formalaşmasına imkan verir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, II və III ixtisas qrupları üzrə artıq imtahan nəticələri məlumdur:

 

"Həm buraxılış, həm də qəbul imtahanının birinci, ikinci cəhdlərin nəticələri onu deməyə əsas verir ki, bu il üçüncü ixtisas qrupunda daha gərgin rəqabət mühiti var. Həm buna müraciət edən abituriyent sayının çoxluğu əsas verir. 28 000 nəfərdən çox üçüncü qrupu üzrə müraciət qeydə alınıb, o cümlədən də nəticəsi 600-dən yüksək olan abituriyentlərin sayı ötən illə müqayisədə daha çoxdur və biz bunu ikinci qrupa da şamil edə bilərik. İkinci qrupda da müraciət edən abituriyent sayı ötən illə müqayisədə 2 000 nəfər artıb. Ümumi 25 mindən çox ikinci ixtisas qrupu üzrə müraciət qeydə alınıb. Burada 600-dən yüksək bal toplayanların sayında çoxluq var və nəticə etibarilə hazırda biz onu deyə bilərik ki, hər iki ixtisas qrupunda ballarda ötən illərlə müqayisədə artım müşahidə oluna bilər".

 

Həmçinin ekspert bildirib ki, xüsusilə də məhz bu iki ixtisas qrupuyla müqayisədə üçüncü qrupda plan yerlərin sayı olduqca az artıb:

 

"İkinci qrupda isə bir qədər çox artıb və təbii ki, bütün bunların olması müəyyən qədər ballara təsir göstərəcək. Dəyişikliklər ixtisaslar üzrə formalaşan keçid ballarında əlbəttə ki, gözlənilir. Xüsusilə də Hüquq, Dövlət və ictimai münasibətlər, o cümlədən pedaqoji yönlü ixtisaslarda, maliyyə ixtisası, iqtisadiyyat, Beynəlxalq ticarət və logistika kimi ixtisaslarda keçid balları ötən illərlə müqayisədə artacaq".

 

 

Nigar Həsənzadə