Gəncədə 22 avtobus marşrutu üzrə qalib daşıyıcılar müəyyənləşib

Tarix: 21:05 29.07.2025
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Gəncə şəhərinin 22 avtobus marşrutu üzrə elan olunmuş müsabiqənin qaliblərini açıqlayıb.
"İnformator.az" bu barədə AYNA-ya istinadən xəbər verir.
Məlumata görə, “BakuBus” MMC 1, 3, 4, 5, 6, 7, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli şəhərdaxili marşrutlarda, həmçinin G1 və G2 nömrəli şəhərətrafı marşrutlarda qalib olub “Azər-Avtonəqliyyat” ASC isə 2 və 8 nömrəli şəhərdaxili marşrutların qalibi seçilib.
Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.