2008-2015-ci illərdə əhalinin ərzaq məhsullarının etibarlı təminatına dair dövlət proqramı yekunlaşmaq üzrədir

Bölmə: İqtisadiyyat › ,
Tarix: 12:24 06.02.2015

2008-2015-ci illərdə əhalinin ərzaq məhsullarının etibarlı təminatına dair dövlət proqramı yekunlaşmaq üzrədir. Nəzərdə tutulan hədəflərə nail olunsa da, taxıl istehsalı bu il az olub. Səbəb hava şəraitinin əlverişsiz keçməsidir. Taxıl istehsalının inkişafını sürətləndirmək üçün görülən işlər intensivləşdirilməlidir. Buna da məhsulların artırılması hesabına nail olmaq mümkündür.Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, taxılçılıqda orta məhsuldarlıq 23 sentnerdir. İri fermer təsərrüfatlarında isə bu, 5 ton təşkil edir. Istehsalın daha da artırılması üçün fermer təsərrüfatlarının birləşdirilməsi təklif olunur. Bundan əlavə, ötən illə müqayisədə bu il kənd təsərrüftaı məhsullarınım ixracı 18 % artıb. Qarşıda duran vəzifə daxili məhsullar hesabına əhalinin ərzaq tələbatını ödəmək, ixrac potensialını daha da artırmaqdır.