Ölkədə balıq və digər su bioresurslarının istifadəsi və saxlanılması qaydaları dəyişəcək

Bölmə: İqtisadiyyat › ,
Tarix: 13:56 06.02.2015

Ölkədə balıq və digər su bioresurslarının istifadəsi və saxlanılması qaydaları dəyişəcək. Milli Məclisin Aqrar siyasət Komitəsi Ovçuluq və Heyvanlar aləmi haqqında qanunlara və Torpaq Məcəlləsinə dəyişiklikləri müzakirə edib. Avropa ölkələrinin əksəriyyətində balıqçılıq, ovçuluq təsərrrüfatlarının yaradılması büdcənin əsas gəlir mənbəyi hesab olunur. Milli Məclisin Aqrar Siyasət Komitəsinin üzvü Novruz Aslanov Azərbaycanda bu sahələrin inkişafı istiqamətində işlər görülsə də, hələ də istənilən səviyyədə olmadığını bildirib. Qanunlara ediləcək düzəlişlərə əsasən su hövzələrində balıq və digər su bioresurslarından istifadə onların ovu, toplanması məqsədi ilə həyata keçiriləcək. Torpaq Məcəlləsinə edilən düzəliş bu dəyişikliyə uyğunlaşdırılacaq. Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.