"Mirşahinin adını Cəlal Əliyev öz möhürü ilə qeyd edib"
Bölmə: MEDİA › ,Tarix: 17:16 17.02.2015
İnformatorun xəbərinə görə, bu hadqa AZTV, “Maarifçilik” redaksiyasında baş redaktorun müavini Aqil Məmmədov “Facebook” səhifəsində yazıb.
“Mirşahinin uzun müddətdir reportajlarına, şərhlərinə baxmıram. Baxmaq istəmirəm.
Mirşahin o insandır ki, Eynulla Fətullayevi şərəfsiz adlandırıb. Satqın adlandırdı, ancaq o həbsdən çıxandan sonra böyük qardaşını qarşılayan kimi studiyada qarşılayıb ondan müsahibə aldı.
İndi deyəcəklər ki, jurnalistdir etməlidir. Ancaq hər bir jurnalist ilk olaraq insan və vətəndaşdı, o şərhində, yazısınıda elə yazmalıdır ki, sabah o şərhdən kanara çıxanda gözdən düşməsin.
Mirşahinin başqa seçimi yox idi ? Əlbəttə var idi. Ən azından o studiyanı versə də masa arxasında özü olmaya bilərdi və beləcə mövqeyini qorumuş olardı.
Ona görə də bu gün Mirşahinin “Hesabat”ı rəhmətlik nənəmin nağılı kimi. Mənim isə nağıllara inanan yaşım ta 20 il öncə geridə qalıb.
İndi siz qərar verin Mirşahinin nağılına inanmaq nə demək ?
Bir də adamın adını Cəlal Əliyev öz möhürü ilə qeyd edib.
Bundan o tərəfi yoxdur...