Spotify yüksək keyfiyyətli musiqi üçün abunəliklər yaratmağa hazırlaşır

Bölmə: Maraqlı › ,
Tarix: 16:40 20.06.2023

Spotify HiFi səs keyfiyyəti üçün yaratmağa hazırlaşdığı yeni abunə sistemi “Supremium” adı altında təqdim olunacaq.

 

İnformator.az Bloomberg-ə istinadən xəbər verir ki, Spotify 2021-ci ildən üzərində işlədiyi HiFi sistemini "ayrı" abunə paketi olaraq satacaq. Şirkət mövcud premium üzvlüyünün xüsusiyyətlərini genişləndirmək üçün müəyyən sayda ödənişsiz giriş saatları və audiokitablar təqdim edəcək.

 

Qeyd edək ki, Spotify səhmdarları qiymətləri qaldırmaq üçün şirkətə təzyiq göstərsələr də, şirkət ABŞ-da premium xidmətlərini təklif etməyə başladığından bəri hər hansı dəyişiklik etməyib.