İXTİSAS SEÇİMİNƏ 2 GÜN QALIR-ABİTURİYENTLƏR NƏ DEYİR?

Bölmə: Araşdırma › ,
Tarix: 14:43 14.08.2023

Ali məktəblərə ixtisas seçiminin vaxtı yaxınlaşdıqca, abituriyentlərin həyəcanı artır. Elə Kübra Musayeva kimi. III qrup üzrə qəbul imtahanlarında iştirak edən Kübra 391.7 bal yığıb. Abituriyentlərin çoxdandır həyəcanla gözlədiyi kodlaşdırma prossesinə çox az müddət qaldığı üçün bir az gərgin olduğunu deyir. Əlavə edir ki, ağlında balıma uyğun düşündüyü bir neçə ixtisas var. Mütəxəssislərlə də məsləhətləşdikdən sonra, kodlaşdırmaya başlayacaq. Kübra topladığı balın onu qane etmədiyini də deyir. “Topladığım bal məni qane etmədi. Gözləntilərim çox yüksək idi. Ancaq həyatda hər şey gözlədiyimiz kimi olmur. Məncə, düzgün ixtisas seçimi etsəm 100% qəbul şansım var”. Çəhz bu səbəbdən də arzusunda olmadığı ixtisas üzrə təhsil almaq məcburiyyətindədir. “Qeyd etdiyim kimi, balım gözlədiyimdən az oldu. Buna görə də artıq istədiyim universitet və ixtisasa qəbul şansım yoxdur. İndi tamam fərqli ixtisaslar var ağlımda. Və düşünürəm ki, hansı ixtisasa qəbul olsam, onu sevməyə çalışacam”. Kübra 2 seçim arasında qalıb – jurnalistika və ibtidai sinif müəllimliyi.

Abituriyent Səkinəbəyim Cəfərova daa III qrupdandır. Kodlaşdırmanı müəlliminə etibar edəcək. “436.9 bal məni qane edir. Nəticə etibarilə, o bal üçün günlərimi verərək, mənə tələbə adı qazandıracaq, əziyyətlərimi ürəyimdən əməlimə gələnə qədər çəkmişəm. Jurnalistika fakültəsində təhsil almaq istəyirəm, düşünürəm ki, şansım 85 faizdir”. Aşağı bal məcburiyyətindən, Ali məktəbə qəbul olmaq üçün, arzusunda olmadığı ixtisas üzrə təhsil almağa gəlincə, Səkinəbəyim bunaa qəti etiraz edir. “Düşünmədən "xeyr" cavabını verərdim. Məqsədi ali olan kəs ürəyinə məcburiyyəti yaşatmaz, deyə düşünürəm. Çünki bu, mənim həvəsimi düşürə bilər, özümü təkmilləşdirmə yolumdakı addımlarıma mane olar. Mən hər zaman deyirdim ki, mənim istəyimin sənəti hüquqşünaslıq, qabiliyyətimin sənəti isə jurnalistikadır. Balım isə jurnalistikaya getməyə imkan yaradır. Ona görə də o sahədə özümü dünənki "mən"-dən daha yüksəklərə çəkmək istəyirəm”.

Abituriyent Nurcan Rzayevanın arzusu isə müəllim olmaqdır. Nurcan ixtisas seçimini mütəxəssislərə həvalə etməyi düşünür. İmtahan verdiyi qrup üzrə topladığın bal onu da qane etmir. Fikrincə, bu il buraxılış imtahanları ötən illərə nisbətən daha çətin olub. Amma 425 balla 90% şansının olduğuna inanır. “Aşağı bal məcburiyyətindən sevmədiyi ixtisasda oxumaqdansa, növbəti il daha əzmlə çalışardım”, deyir.

 HƏCƏR ƏMİRASLANLI