HANSI UNİVERSİTETLƏRƏ TƏLƏBAT DAHA ÇOXDUR?
Bölmə: Araşdırma › ,Tarix: 15:30 14.08.2023
Artıq 1 gün sonra ixtisas seçimi başlayır. Abituriyentlər bu baxımdan iki yerə ayrılır - əvvəlcədən hədəfi olan universitet və ixtisası seçənlər, ikincisi isə hədəfi olmayan, amma tələbatın daha çox olduğu ixtisası seçmək, gələcək üçün daha sərfəli olan universitetlərdə təhsil almaq. Azərbaycanda son dövrlərdə universitet və ixtisasların sayı artırılıb. Bunun üçün seçim etmək daha çətinləşib. İnformator.az sayıtı bu mövzuda təhsil mütəxəssislərinin fikirlərini ib. Təhsil mütəxəssisi Elçin Əfəndinin fikrincə, BANM, ADA, ADİU, ATU və Xəzər Universitetinə təlabat daha çoxdur. İxtisaslara gəlincə isə, İT yönümlü, iqtisadi və tibb yönümlü ixtisaslar çox seçilir. Ekspert bunun səbəbini təhsil imkanının daha yaxsı olmasında, iş tapmaq, xaricə çıxış imkanlarında görür.
Təhsil mütəxəssisi Elşən Qafarov isə deyir ki, tələbələr daha çox böyük şəhərlərdə yerləşən universitetlərə üstünlük verirlər. Regionlarda yaşayanların az qismi həmin regionlara yaxın ərazidə və yaxud da həmin regionun özündə ali təhsil almağı seçir ki, bu da ailəsinin maddi vəziyyəti ilə əlaqədar olur. “Lənkəranda yaşayan, maddi vəziyyəti aşağı olan tələbə üçün Lənkaran Dövlət Universiteti daha əlverişlidir. Seçim isə həm ixtisas, həm də şəhərin yerləşdiyi coğrafi ərazi nəzərə alınaraq edilir”. Elşən Qafarov hesab edir ki, son dövrlərdə, müasir tələblərə uyğun olaraq, kompüter mühəndisliyi, informasiya mühəndisliyi, ənənəvi olaraq, iqtisadiyyat və mühəndislik ixtisaslarına əvvəlki illərə nisbətən daha çox müraciət edilir.
Çinarə Muradova