QONDARMA REJİMİN DAXİLİNDƏ GƏRGİNLİK DAVAM EDƏCƏK
Bölmə: Siyasət › ,Tarix: 22:27 31.08.2023
Araik Arutyunyanın “istefası” gözlənilən idi. Bunun baş verməsində bir neçə faktor rol oynayır. Siyasi şərhçilərin fikrincə, birinci səbəb Azərbaycanın qəti mövqeyidir. Rəsmi Bakı dəfələrlə Qarabağda yaşayan ermənilərin nümayəndələri ilə danışıqlar aparmağa hazır olduğunu, lakin hər dəfə qarşı tərəfdən imtina aldığını bildirib.
Siyasi şərhçi Oqtay Qasımovun sözlərinə görə, Arutyunyanın özü 2020-ci ildə müharibəninin gedişində etiraf etdi ki, Gəncəni və Azərbaycanın digər dinc şəhərlərini raket atəşinə tutulması haqqında əmri o verib. “Digər bir faktor Qarabağda xunta rejimi nümayəndələri arasında rəqabət idi, mübarizə idi hakimiyyət uğrunda. Bu mübarizənin nəticəsində, o cümldən dünən Azərbaycanın özünün hümanitar yardımlarını bölgəyə çatdırması ilə bu proses daha da şiddətləndi”.
Arutyunyan gedişinin səbəbini dünyada mövcud olan qeyri-sabit geosiyasi vəziyyət, regional hadisələrlə əlaqələndirib. O, dəyişikliklərin vacibliyindən bəhs edib və bunun üçün “özündən başlamalı olduğunu” yazıb. Siyasi şərhçilər isə bu açıqlamanın cəfəngiyyat olduğunu deyirlər. Siyasi şərhçi Telman Qasımovun fikrincə, Arutyunyan özü də hiss edir ki, onun həbsi və cinayət məsuliyyətinə cəlb olunması məsələsi getdikcə daha da reallaşır. Nəticədə vəziyyətin çıxılmaz olduğunu görən qondarma rejimin "rəhbəri" çıxış yolunu “istefa”da gördü. Siyasilər davam edəcək gərginliyin Azərbaycana hər hansı mənfi təsirinin olmayacağını da deyirlər. Baş verən proseslərin Azərbaycanın maraqlarına uyğun inkişaf edəcəyi proqnozlaşdırılır.
NƏRGİZ