Gürcüstan parlamenti seçkilərdən sonra ilk iclasını keçirir..

Bölmə: Siyasət › ,
Tarix: 23:30 25.11.2024

"Tbilisidə oktyabrın 26-da keçirilən seçkilər zamanı seçilmiş ölkə parlamentinin ilk iclası açılıb".

 

Mandat almış müxalifət qüvvələrinin heç biri Mərkəzi Seçki Komissiyasının elan etdiyi səsvermənin nəticələrini tanımasa da, hakim “Gürcü Arzusu” partiyası noyabrın 25-də iclas keçirmək qərarına gəlib.

 

Gürcüstan prezidenti  əvvəllər X sosial şəbəkəsində (keçmiş Twitter hesabında) yazmışdı ki, ölkə konstitusiyasına görə, o, ilk iclası çağırmalı idi, lakin bunu etmədi, ona görə də hazırkı iclas konstitusiyaya ziddir".

 

Bazar günü axşam Tbilisidə yeni parlamentə qarşı nümayişlər başlayıb. BBC-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, nümayişçilər Respublika meydanına toplaşıb, oradan parlament binasına doğru yürüş edib, daha sonra orada çadırlar qurub, gecəni orada keçiriblər.

 

Mənbə: BBC Russian

Məryəm Zalıyeva