"Müharibənin başlama ehtimalı böyük deyil" - Hərbi ekspert

Bölmə: Siyasət › ,
Tarix: 13:14 01.09.2023

"Müharibənin başlama ehtimalı o qədər də böyük deyil". Bu fikirləri İnformator.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev ermənilərin sonuncu təxribatından danışarkən söyləyib.

 

O bildirib ki, hərbi toqquşmalar davam edə bilər: "Lokal toqquşmaların olacağı istisna deyil. Çünki Ermənistanın müharibə aparmaq üçün kifayət qədər hərbi potensialı yoxdur. Bu potensial müharibə zamanı kifayət qədər zəifləyib".

 

Ekspert əlavə edib ki, ermənilərin bu toqquşmalarda hərbi potensialı olmadığı üçün müxtəlif eskalasiyalara əl atması gözləniləndir: "Belə olduğu halda, Ermənistan ayrı-ayrı istiqamətlərdə eskalasiya yarada bilər. Bu diqqəti daha çox Ermənistan və Azərbaycan sərhəddindəki vəziyyətə yönəltmək məqsədilə həyata keçirilə bilər. Lakin bu təxribatların qarşısının qətiyyətlə alınacağına kimsənin şübhəsi olmamalıdır. Əgər düşmən tərəfi eskalasiyanı genişləndirməyə cəhd edərsə, 2021-ci ilin sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan üçün yenidən təkrarlana bilər".

 

Fatimə Mustafayeva