Ermənistan təxribat törədərkən nə ilə üzləşəcəyini bilməlidir -Politoloq Anar Əliyev

Bölmə: Siyasət › ,
Tarix: 13:20 04.09.2023

"Yenə sentyabr..Yenə hərbi toqquşma..Bizim 2020-ci ilin sentyabrında başlamış döyüşlərdən qazandığımız qələbəni ermənilər həzm edə bilmir. Bunun üçün atəşkəsi pozub, təxribat törədirlər". Bu sözləri İnformator.az-a açıqlamasında Anar ƏLiyev deyib. Anar Əliyev bildirib ki, 2020-ci il sentyabr ayında Azərbaycanın Ermənistanın təxribatına cavab olaraq, başlatdığı vətən müharibəsi, qısa müddətdə ermənilərin torpaqlarımızdan qovulub çıxarılması Ermənistan cəmiyyətində daimi bir qara gün kimi, məğlubiyyat ayı kimi xatırlanır: "Ötən ilin sentyabrın 12 və 13-ü ermənilər ciddi təxribat törətdilər. Təəssüflər olsun ki, bu ilin sentyabrın ilk günündən etibarən ermənilər Kəlbəcər ərazisində yenidən  təxribat törətməyə cəsarə etdilər".

 

Politoloq bunun bir səbəbini Ermənistanın daxili vəziyyətində görür: "Ermənistan hakimiyyətinin daxilində artan narazılığın istiqamətini dəyişmək, nəticə etibarilə hədəfi Ermənistan-Azərbaycan münasibətlərinə yönəltmək, bununla da öz hakimiyyətinə qarşı formalaşan təzyiqləri təhlükələrdən sığortalamaq cəhdi kimi də qiymətləndirmək olar. Ermənistan unudur ki, onların qarşısında 30 il işğal altında olan torpaqları azad edən, dünyanın ən güclü ordularından biri olan Azərbaycan ordusu dayanır, Cənab İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan ordusu son 2-3 il müddətində, 2020-ci il ilə müqayisədə daha da güclənib, yeni texnologiyalar ilə təchiz olunmuş silahlara sahiblənibdir. Buna görə Ermənistan tərəfindən törədilmiş ən ciddi təxribata belə cavab vermək gücündədir".

 

Politoloq qətiyyətlə qeyd etdi ki, ermənilərin təxribat törədərək Azərbaycan ordusu üzərində üstünlük əldə etməsi onlar üçün bir xəyaldır: "Ermənistan ordusunun yenidən qurulub döyüş qalibiyyətli bir orduya çevrilməsi üçün on illərlə vaxt lazımdır, indiki şəraitdə psixoloji cəhətdən məhv edilmiş, silah-sursatı tamamilə sıradan çıxarılmış və fərarilərdən ibarət ordu qalığının Azərbaycan ordusuna qarşı müqavimət göstərmək, hər-hansı bir nəticə əldə etmək, təbii ki, qeyri-realdır, buna görə Ermənistan ordusu bu cür təxribat törədərkən nə ilə üzləşəcəyini bilməlidirlər".

 

Çinarə Muradova