“BBC NEWS” kanalında yayımlanan qərəzli materialın PƏRDƏARXASI

Bölmə: Siyasət › ,
Tarix: 21:39 04.09.2023

Azərbaycanın siyasi arenadakı qələbəsindən sonra qərbdə nüfuzlu media qurumları sanki Ermənistanın hərb medianın məğlubiyyətini dezinformasiyalar sayəsində əvəzini çıxma cəhdləri sərgiləyirlər. Həmin media qurumlarından “BBC NEWS” kanalında Qarabağ iqtisadi rayonunda ermənilərin yaşadığı ərazidə mövcud vəziyyətlə bağlı qeyri-obyektiv materiallar yayımlanıb.

 

Erməni separatçılarının dırnaqarası “fəaliyyətlərinin” leqallaşdırılmasına cəhdlər göstərilir. Qeyd etmək yerinə düşərki, BBC öz Nizamnaməsində “bütün materiallarında lazımi qərəzsizliyə nail olmağa sadiq olduğunu, bu öhdəliyin reputasiyaları, dəyərləri və tamaşaçıların etimadı üçün əsas” olduğunu bildirir. Lakin birtərəfli və qərəzli aqressiv manipulyasiya, yalan təbliği ilə məşğul olması onun qəbul etdiyi nizamnamənin əksinə fəaliyyət göstərdiyini ortaya çıxarır.


Siyasi şərhçi Yeganə Hacıyeva hesab edir ki, BBC-nin sözügedən  reportaji Qarabağda birmənalı olaraq hərbi xontanı legitimləşdirmə cəhdidir: “Çünki ən azından Avropa media müstəvisi həm də beynəlxalq media müstəvisinin bir hissəsidir. Faktiki olaraq legitimləşdirmə cəhdləri gedir və bunu erməni separatizminin Avropada legitimləşdirmə, dünyada legitimləşdirməsi qəbul edirik. Dünyada media və jurnalistika qızıl qaydalarına, peşə etikasına əməl etməli, bununla da Avropada və Avrasiyada separatizmin legitimləşməsinə yönəlik cəbhələrdə yer almamalıdır”.

Həmin dezinformasiyalara cavab olaraq Azərbaycan Mətbuat Şurası bəyənat yayıb. Bəyənatda BBC telekanalının Azərbaycanla Ermənistan arasında sülh prosesinə, Qarabağ erməniləri üçün ərzaq göndərməsi ilə bağlı məsələlərə birtərəfli və əsl həqiqəti təhrif edən münasibəti yolverilməz olduğu qeyd bildirilir. Azərbaycana qarşı beynəlxalq arenada qarayaxma kampaniyası aparan şəxslərin arasında NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin də adı var. Bu ilin yazında o, İrəvana səfəri zamanı Azərbaycana qarşı açıqlaması ilə yadda qalıb. Ermənistan hökumətinin “ödəniş” elədiyi Foq Rasmussen Azərbaycanın guya Laçın-Xankəndi yolunu blokadaya aldığını da iddia edib.


Politoloq Elşad Mirbəşiroğlu ölkəmizə qarşı hər zaman məqsədli, qərəzli mövqelər formalaşdırıldığının şahidi olduğumuzu bildirir: “Eyni zamanda diqqəti çəkən digər məqam ondan ibarədir ki, 30 il müddətində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayaraq həm təbiətimizi,həm ekologiyamızı terrora məruz qoydu. Bu məqama qarşı hər hansı bir mövqe formalaşmadı. Bu gün gəldiyimiz nəticə ondan ibarətdir ki, Ermənistan və dünya erməniliyi korrupsiya yolu ilə ayrı-ayrı məmurları, siyasi dairələri özlərinin qərəzli, məkrli planlarına xidmət etməyə məcbur edib”.

Maraqlısı da budur ki, rüşvətxorluq olduğu açıq-aydın görünsə də NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen təbliğat kampaniyasına görə Ermənistan hökuməti pul aldığını inkar etməyib. Odur ki, Qərbə, yaxud demokratik dəyələrə rasmussenlər və BBC-nin davranışlarından baxsaq, ikiüzlülük, qərəzlilik görərik. Anders Foqsayağı siyasilər və BBC-də qərəzli material yayan jurnalistlər münasibətlərin qurulmasına, normallaşmasına, sülhə ən başlıca maneələrdir.

 

Sona