MAKRONUN AZƏRBAYCAN VƏ ERMƏNİSTANA SƏFƏRİ GÖZLƏNİLİR!
Bölmə: Siyasət › ,Tarix: 21:17 06.09.2023
Sentyabrın 9-10-u Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistana səfər edəcəyi nəzərdə tutulur. Bu səfərin necə xarakterizə olduğunu politoloq Tural İsmayılov açıqladı.
Politoloq bildirir ki, Makronun Ermənistana səfəri Fransa-Ermənistanın müttəfiqliyi kimi xarakterizə edilməlidir: "Bu gün bütövlükdə Fransanın həyata keçirdiyi qəbuledilməz xətt, bütün region üçün təhlükə vəd edir. Fransanın beynəlxalq hüququnu saymayaraq, bu gün Ermənistanın qanunsuz, haqsız tələblərinə boyun əyməyi vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Hər halda Makronun Ermənistana səfəri Ermənistanda güclənən anti-Rusiya əhval-ruhiyyəsi ilə eyni vaxtda təsadüf edilir. Həmçinin Avropa İttifaqına mülki müşahidə missiyası adı altında Ermənistan ərazilərində qərb kəşfiyyatının geniş şəkildə at oynatması vəziyyətin nə qədər ciddi və təhlükəli olduğunu göstərir".
ÇİNARƏ MURADOVA