Entoni Blinken Kiyevə səfər etdi-GÖRÜŞÜN PƏRDƏARXASI

Bölmə: Siyasət › ,
Tarix: 22:28 06.09.2023

Entoni Blinken Kiyevə səfər edib. Görüşdə müxtəlif vacib məsələlərin müzakirə ediləcəyi düşünülür. Bununla paralel Birləşmiş Ştatların Ukraynaya hərbi yardım edəcəyidə proqnozlaşdırılır. Gizli səfərdən gözləntilər nələrdir?


Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Kiyevə səfər edib. Dövlət katibinin Ukraynaya səfəri ilə bağlı məlumat yayılsa da, ötən gün Dövlət Departamenti informasiyanı təkzib edib. Gizli görüşün müəyyən mənada rəmzi xarakter daşıdığı düşünülür. Yəni Birləşmiş Ştatlar hələ də Ukraynanın yanında olduğu mesajını vermək istəyir. Lakin bununla paralel görüşün gizli məqamları və müzakirə olunacaq məsələləri də az deyil. Səfər çərçivəsində Ukraynaya edilən hərbi yardım məsələsi, həmçinin iqtisadi əlaqələri gücləndirmək məqsədi ilə atılacaq addımlar müzakirə ediləcək.

Siyasi şərhçi Fikrət Sadıxov deyir ki, Blinkenin Kiyevə gəlməsi müəyyən dərəcədə rəmzi xarakter daşıyır: “Bununla belə ABŞ dövlət katibi demək istəyir ki, Ukraynanın qələbəsi üçün əlindən gələni edəcək”.
Digər tərəfdən Ukraynanın əks-hücum əməliyyatları, habelə Kiyevdəki son nailiyyətlədən də danışılacaq. Ekspertlərin sözlərinə görə, xüsusilə də ölkənin cənubunda döyüş meydanında razılaşdırılmış təkanların nəticə verməməsi ilə bağlı artan narahatlıqlar da müzakirə obyektinə çevriləcək. Səfərdə Blinkenin diplomatlarla yanaşı, Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüşü proqnozlaşdırılır. Dövlət katibinin Baxmut şəhəri ətrafında torpaqları işğaldan azad etmək üçün müəyyən planları da bölüşəcəyi düşünülür. Həmçinin Blinken bu səfər zamanı ABŞ-ın Ukraynaya bir milyard dollardan çox yeni maliyyə ayıracağını açıqlaya bilər. 

Siyasi şərhçi İsmayıl Cingöz deyir ki, bu səfərdən sonra Ukraynanın mövqeyini izləyib görmək lazımdır: “Avrupa Birləşmiş Ştatlar ilə bir dönəmə girməkdədir. Ukrayna bu müharibəni daha nə qədər davam etdirə biləcək? Bunu zaman göstərəcək”.

Ekspertlər Vaşinqtonun yüksək səviyyəli diplomatının səfərinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının bu ayın sonunda keçiriləcək iclası ərəfəsində keçirilməsini də Ukrayna üçün bir fürsət olaraq qiymətlənidirirlər. Qeyd edək ki, ABŞ dövlət katibi Rusiya Ukrayna müharibəsi başlayandan Ukraynaya üçüncü dəfədir ki, səfər edir.

 

Fidan