İRƏVAN-PARİS OYUNU - ESKALASİYA XƏBƏRDARLIĞI

Bölmə: Siyasət › ,
Tarix: 20:35 08.09.2023

   Ermənistanın sərhəddə növbəti təxribata hazırlaşdığı vaxtda Fransadan gələn xəbərlər İrəvanın məhz bu qüvvələrə arxalandığını bir daha sübut edir. Fransanın Ermənistandakı səfiri Olivye Dekotinin müdafiə naziri Suren Papikyanla görüşündən sonra Fransa Ermənistan-Azərbaycan sərhədində eskalasiya ilə bağlı xəbərdarlıq edib. Bir neçə gün əvvəlsə Paris öz vətəındaşlarını Azərbaycanla sərhəd ərazilərə səfər etməməyə çağırmışdı. Analitiklər ermənilərin təxribat hazırlığının İrəvan -Paris oyunununun tərkib hissəsi olduğu qənaətindədirlər.

  Fransa Ermənistan-Azərbaycan sərhədində eskalasiya ilə bağlı xəbərdarlıq edib. Fransa Xarici Siyasət Departamenti sərhəd boyu əraziləri “təhlükəli zona” adlandırıb. Vaxtı ilə Azərbaycanın haqlı mübarizəsində yaxasını kənara çəkən Paris İrəvanla bağlı məsələlərdə dərhal reaksiya verən tərəfdir. Hazırkı vəziyyətdə xüsusən diqqətçəkən məqam bu xəritənin Fransanın Ermənistandakı səfiri Olivye Dekotinin Suren Papikyanla görüşündən sonra mediaya təqdim edilməsidir. Bu zaman Parisə eskalasiya riski ilə bağlı xəbəri məhz İrəvanın çatdırdığı məlum olur. Analitiklər düşünürlər ki, tərəflərin bu kimi addımlarının əsas məqsədi Azərbaycanı münaqişəyə meyilli ölkə kimi göstərməkdir.

   Siyasi şərhçi Oqtay Qasımovun sözlərinə görə, Fransa siyasi arena ilə yanaşı, hərbi texnika yardımı ilə Ermənistana dəstək verir. Məsələn, Fransanın Ermənistandakı Səfirliyində hərbi nümayəndəlik yaratması, İrəvana hərbi attaşe təyin edilməsi, həmçinin müxtəlif növ silahların ölkəyə tədaükü bunun bariz nümunəsidir. Aprelin əvvəlində isə Fransanın Silahlanma üzrə Baş Direktorluğunun nümayəndə heyəti İrəvana səfər edib. Analitiklər Ermənistanın bu hərtərəfli yardıma arxalanaraq yeni münaqişəyə cəhd etdiyini deyirlər. “Fransanın beynəlxlaq hüququ heçə sayaraq etdiyi canfəşanlıq isə Cənibi Qafqazda Rusiyanın təsirini zəiflətmə cəhdidir. Yəni bir növ Paris İrəvanı maşa kimi istifadə edir. Bölgədə olan reallıq isə ondan ibarətdir ki, heç bir qüvvə Bakını doğru bildiyi yoldan döndərə bilməz. Azərbaycan sərhədlərində baş verə biləcək təxribat cəhdlərinə laiqincə cavab verməyə hazırdır”.

FİDAN