“Müəllim hər uşağa fərdi yanaşmalıdır”-Psixoloq

Tarix: 12:13 05.10.2023
“İllər öncənin proqramı ilə indinin proqramında fərqlər var. Bu fərq Azərbaycanda, xüsusilə, hiss olunur. Əvvəllər proqram, universitetə girmək bu qədər çətin deyil idi. İndi ilk gündən etibarən uşaqları çox yükləyirlər. Kiçik summativlər, böyük summativlər, yoxlamalar. Belə olan halda uşaqlar dərsə həvəssiz olur. Omlarda stress yaranır”.
Bu sözləri informator.az-a psixoloq Gülnar Orucova deyib. Onun sözlərinə görə, bəzi müəllimlər məktəb tapşırıqlarından əlavə, hazırlıq tapşırıqları da verir:
“Biz hər şeyi Avropa ilə müqayisə edirik, lakin Avropada belə deyil. Avropada bəzi məktəblərdə 1-ci sinifdə uşaqlar adaptasiya olur. 2-ci sinifdən etibarən toplama, çıxma, 3-cü sinifdə vurma, 4-cü sinifdə bölmə öyrədilir”. Bizdə 3-cü sinifdə artıq hamısı öyrənilir. Dərs getdikcə çətinləşir. Uşaq bilmədiyini öyrənmək istəyir, öyrənə bilməyəndə aşağı qiymət alır, bu zaman da uşaq həvvəssiz olur. Kurikulum proqramına əsasən yazıya üstünlük verilir. Uşaqların nitqi inkişafdan qalır və nitq qüsurlu uşaqların sayı çoxalır. Böyük siniflərdə oxuyan bəzi uşaqların nitqinin tempi, rəvanlığı, axıcılığı, ritmi pozulmuş vəziyyyətdədir. Ümumilikdə, proqram dəyişilməlidir ki, uşaqlarda həvəs olsun. Psixoloq deyir ki, məktəbliləri ev tapşırığını yerinə yetirməyə həvəsləndirmək üçün ilk növbədə, qiymətləndirmə olmalıdır. Şagirdə düzgün münasibət göstərilməlidir. Həddindən artıq çox tapşırıqlar verilməməlidir. “Müəllim hər uşağa fərdi yanaşmalıdır”.
Sayad Qoşnalıyeva