ZƏFƏR GÜNÜ İLƏ BAĞLI PARAD XANKƏNDİNDƏ KEÇİRİLƏCƏK

Bölmə: Siyasət › ,
Tarix: 14:15 02.11.2023

Noyabrın 8-də Azərbaycan Zəfər Gününü qeyd edəcək. Zəfər Günü bu il Xankəndində keçiriləcək. Paradı Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir.

 

 

Politoloq Oqtay Qasımov keçiriləcək paradla bağlı təəssüratlarını bölüşüb. "Tarixi əhəmiyyət daşıyan bir parad olacaq. Bu parad həm Azərbaycan cəmiyyətinin ovqatını əks etdirəcək, həm də bölgədə marağı olan, Azərbaycana təzyiqlər etmək istəyən, ərazi bütövlüyümüzü qəbul etmək və reallıqlarla barışmaq istəməyənlərə bir mesaj olacaq. Bu mesaj onu çatdıracaq ki, "Azərbaycanın ərazi bütövlüyü müqəddəsdir, onun pozulmasına qarşı atılan istənilən addımın qarşısı alınacaq".

 


O.Qasımov vurğulayır ki, ''bütün hallarda sözügedən parad bizə müsbət təsir bağışlayacaq".

 

ÇİNARƏ MURADOVA