Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək

Bölmə: Siyasət › ,
Tarix: 17:26 30.06.2025

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.


"İnformator.az"ın əldə etdiyi məlumata görə, səfər iyulun 4-nə nəzərdə tutulub.

 

Türkiyə dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına eniş edəcək.


Ərdoğanın bu ilin iyulun 3-4-də Xankəndidə keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak edəcəyi bildirilir.