HƏYATI SU KİMİ AYDIN, GÜNƏŞ KİMİ PARLAQ YAŞAMAQ ÜÇÜN NƏ ETMƏLİYİK?

Bölmə: Araşdırma › ,
Tarix: 21:50 07.11.2023

İnsan yaşadıqca yaşlanır, yaşlandıqca ölümə yaxınlaşır, ölümə yaxınlaşdıqca keçmişini yada salır, lakin hər kəs keçmişini yada salacaq qədər yaşaya bilmir. Həyat belədir. İnsanlar öz monoloqları əsasında öz düşüncələrini formalaşdıra bilərlər. Bu çox insanda yaxşı alınmır. Kimisi bezir, kimisi zamana buraxır, kimisi isə zamanın qurbanı olur.

Həyat bir qadının mənə: "Cavansan, bala, cavanlığının qədrini bil" sözləri ilə daha mənalı hala gəlib, halbuki, mən ona yalnız gedəcəyi yeri göstərmişdim. Kiçik səhvlərə görə böyük həyatımızı məhv etməyə dəyməz. İnsan yaradılmışların ən aqilidir, amma bəzən özünü ən aşağı səviyyəyə gətirib çıxarır, burada günah özündədir. İnsan həyatından qiymətli ikinci bir şey ola bilməz. Zaman çox tez gəlib gedir, düzü, çox insan sabaha göz açmaq üçün dua etdiyi halda, çoxları bunu boş bir ömür kimi yaşayır. Onlar daha bilmir ki, bu həyat hər kəsə bir dəfə verilir. Geri dönüşü olmayan bu dünyada, hər ötən günü həyatın son günü kimi yaşayıb yadda qalmalıyıq..

 

 

Bu fikirlərə münasibət bildirən psixoloq Aytən Ələkbərova qeyd edir ki, su kimi aydın, Günəş kimi parlaq gələcəyi olan insanları görmək istəyiriksə, övladlarımızı planlı şəkildə böyütməliyik. "Hər yaş dövrünə uyğun onların maraq dairəsini öyrənmək, onları dinləmək, sual verərkən jest və mimikalarına diqqət yetirməliyik. Bu zaman mənalı həyat yaşayan, keçmişinə görə peşman olmayan şəxsiyyətlər görə bilərik. Hər şey uşaqlıqdan başlayır".

 

 

Psixoloq əlava edir ki, "ən mükəmməl insan belə "kaş ki vaxtında belə edərdim" sözünü deyir. Biz insanların sonradan peşman olmasına səbəb olan "sən" dilidir. Heç vaxt demirik ki, "mən də sənin yerində olsa idim, belə edərdim". Biz insanları çox qınayırıq, burada ictimai qınağı nəzərdə tutmuram".

 

AYXAN İBİŞOV