Niyə bəzən özümüzü çox yorğun hiss etdiyimiz halda yata bilmirik?
Bölmə: Araşdırma › ,Tarix: 22:36 13.11.2023
Bəzən uzun bir günün ardından çox yorğun olsaq da yata bilmirik. Çünki o gün bizi yoran məsələ hələ də beyində davam edir və bədəndə yanlış oyaqlıq hissi yaradır. Uzun və yorucu bir günün ardından yatdığınız zaman beyniniz bütün gün lazımi işləri yerinə yetirmək üçün beyni çox məlumatla yüklədiyiniz üçün gündəlik işlərinizi tamamladığınızı düşünmür.
Kortizol səviyyələrində qəfil artım stresli və ya təhdid edici situasiyalardan xəbərdar olmanıza kömək edə bilər, lakin bu, xüsusilə də stress düzgün idarə olunmadıqda, yatmazdan əvvəl problem yarada bilər.
Beyindəki fəaliyyəti dayandırmaq üçün meditasiya, rahatlaşdırıcı musiqi və ya nəfəs məşqləri kimi üsullardan istifadə edə bilərsiniz.
Həmçinin stress səviyyənizi artıracaq hər hansı fəaliyyətdən uzaq durmalı və beyninizi daha çox stimullaşdıracaq elektron cihazlardan istifadə etməməlisiniz.
Mənbə:habertürk
Tərcümə etdi:Sayad Qoşnalıyeva