GUYS Group"un təşkilatçılığı ilə keçirilən “AI Innovations” forumu baş tutub-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 20:42 27.11.2023

GUYS Group"un təşkilatçılığı ilə keçirilən “AI Innovations” forumu baş tutub.

 

İnformator.az xəbər verir ki, bu gün dünyada ən çox istifadə olunan ifadələr siyahısında Süni intellekt (Aİ) gəlir. Bu texnologiya bugün iş dünyasında başverən dijital transformasiyanın (rəqəmsal çevrilmənin) əsas parçalarından biridir ki, şirkətlər toplanan və ya yaradılan məlumatlara (data) görə külli miqdarda pul ödəmək üçün sıraya düzülüblər.

 

Beyninizdə sual yarana bilər ki, dijital transformasiya və yaxud (dilimizə daha yaxın olan formada) rəqəmsal çevrilmə nə deməkdir. Rəqəmsal çevrilmə daim dəyişən biznes, bazar, istehlakçı tələblərinə cavab verə bilmək üçün rəqəmsal texnologiyalardan istifadə etmədir. Rəqəmsal çevrilmə çox böyük gəlir gətirmə potensiyalı olduğu üçün sahibkarlar lazımi məlumatlara pul ödəməkdən çəkinmirlər.

 

Yaxşı bəs bu dəyişiklik necə baş verdi?

 

Süni intellekt həyatımızda necə belə tez nüfuz etdi? Və bu kimi suallarınıza cavab olaraq “Aİ İnnovations” formunu misal göstərə bilərik.

 

Forum GUYS Group-un təşkil etdiyi, Alas Academy-nin baş sponsorluğu ilə həyata keçirildi. Qeyd edək ki, Azərbaycanda bu sahədə keçirilən ilk forum məhz “Aİ İnnovations” oldu.

 

Forum Azərbaycan dövlət himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinə süqut ilə başladı. Tədbirin gedişatında aparıcılar Mehin Vəliyeva və Akif Rüstəmov açılış nitqi ilə formu başlatdılar.

 

GUYS Group idarə heyətinin sədri Mübariz Quliyev çıxışında qeyd edir ki, “bu gün təşkilatımıza 3 gənclər təşkilatı və 10 kommersiya şirkəti daxildir".

 

M.Quliyev bildirib ki, gələcəkdə də ilin müəyyən zamanlarında ölkədə IT əmək bazarına uyğun müxtəlif fəaliyyətlər icra ediləcək: "Bunların müəyyən hissəsi kommersiya məqsədi daşısa da, əksəriyyəti tələbələrin biliklərinin artırılması üzərində qurulub".

 

Təşkilatın icraçı direktoru Mehin Vəliyeva "İnformator.az" saytına açıqlaması zamanı qeyd edib ki, süni intellekt forumu hazırda müasir dövrün tələblərinə cavab verir.

 

"Forum İT ilə bağlı yenilikləri özündə birləşdirir. "GUYS Qrup olaraq biz müasir dövrün tələblərinə cavab verən bu mövzuda təlimin keçirilməsində xüsusilə maraqlıyıq".

 

Təşkilatımız 2019-cu ildən etibarən 800-dən artıq ödənişli və ödənişsiz layihələr həyata keçirib. Bu layihələrin başında da elə süni intellekt forumu gəlir.

 

“Dünyayla, zamanla ayaqlaşmaq üçün hər bir gəncimiz çalışmalıdır" bu fikirləri "GUYS Group"un təşkilatçılığı ilə keçirilən “AI Innovations” forumunda çıxışı zamanı Milli Məclisin deputatı Fazil Mustafa deyib.

 

Deputatın sözlərinə görə, gənclərimiz sosial şəbəkələrdən öyrənmək üçün istifadə edir.

 

"Amma xeyli gənclərimiz də sadəcə zaman öldürmək üçün sosial şəbəkələrdən istifadə edir. Azərbaycanda intellektə hazır bir cəmiyyət var. Biz xaricdə təhsil platformasını, qızların təhsili məsələsində platformanı açıq tutmalıyıq".

 

"Gənclərin süni intellekt sahəsinə maraq göstərməsi önəmlidir".

 

Bu sözləri "GUYS Group"un təşkilatçılığı ilə keçirilən “AI Innovations” forumunda çıxışı zamanı Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib. Deputatın sözlərinə görə süni intellekt sahəsi üzrə geniş müzakirələr aparılır.

 

"Belə narahatlıqlar var ki, süni intellekt inkişaf etdikcə iş yerləri ilə bağlı problemlər yarana bilər. Burada ən önəmli məsələlərdən biri gənclərimizin düzgün istiqamət seçməsi, öz üzərlərində işləməsidir".

 

C.Məmmədov bildirib ki, süni intellekt sahəsində daha çox tədbirlərin keçirilməsinə ehtiyac var.

 

"Bu istiqamətdə çox ciddi uğurlar var. Bu proses qərbdə çox sürətlə gedir. Biz bu sahəni daha sürətlə öyrənməliyik, bu prosesə hazır olmalıyıq".

 

Forumun spikerləri:

 

1) Nicat Zeynalov çoxşaxəli, AWS və Google Sertifikatlı Maşın Öyrənmə Mühəndisidir. Hazırda Azerconnect şirkətində Machine Learning Mühəndisi olaraq çalışır. Nicat bəy “Azərbaycanda Süni İntellekt: imkanlar və çətinliklər” mövzusunda forumda çıxış etdi.

 

2) Natiq Məmişov yüksəksəviyyəli Data Scientist kimi Azərconnect şirkətində fəaliyyət göstərir. Verilənlərin təhlili və seqmentasiyası, Computer Vision ilə əlaqəli layihələr üzərində işləyir. Natiq bəy “Süni İntellekt və fəlsəfə” mövzusunda çıxış etdi.

 

3) Kənan Süleymanlı AI Software mühəndisi kimi SynaplineAI şirkətində işləyir. Computer Vision, Natural Language Processing, Scientific Machine Learning, and High-performance computing sahələri üzrə təcrübələrə malikdir. Kənan bəy “Fərqli sahələrdə  Süni İntellekt” mövzusunda çıxış edib.

 

4) Ülviyyə Cəfərli 2019cu ildən Data Scientist kimi fəaliyyət göstərir.Hal-hazırda Unibankda Data Scientist kimi fəaliyyət göstərir. Ülviyyə xanım “Süni İntellekt gələcəyi necə formalaşdıracaq?” mövzusunda çıxış etdi.

 

Asiman Hafizqızı