Ağzı olub da Dilini itirən Xalqım - Südabə Məmmədova

Bölmə: Sosial › ,
Tarix: 21:13 28.11.2023

Cəlil Məmmədquluzadədən qeydlər...

 

Sözümü tamam etdim, ancaq bircə üzrüm var : məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dilini danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eyibdir və şəxsin elminin azadlığına dəlalət edir.

 

Südabə Məmmədovadan qeydlər...

 

Bugünkü və keçmişdəki zamanı 

Publisistlərimizin yaşadığı dövrə nəzər salsaq görərik ki, dil uğrunda vuruşaraq sözlərini kəsərli qələmləri ilə tarixə həkk edənlər.

Kimi sürgün həyat yaşayaraq, kimi də həyatına mürəkkəbləri ilə son qoyaraq.

 Nə üçün? Kim üçün? Dili üçün, Mənsəb üçün. Millət üçün.

 

Biz dil azadlığımızı necə tapdıq? Bu böyük vuruşmalar unuduldumu? Əsla unutmamalıyıq. Hər zaman azad dilimizdə danışarkən çətinlikləri aşan xalqın dilini görürük. Bəxtiyar Vahabzadə alovlu sözlər ilə nə demişdi?

 

Ey öz doğma dilində danışmağı ar bilən,
Fasonlu ədəbazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar,
Bunlar qoy mənim olsun,
Ancaq vətən çörəyi sizlərə qənim olsun.

 

Fikirim bəziləri üçün geri, bəziləri üçün də müqayisəsiz ola bilər. Əsil dilini sevən, keçmişdəki publisistlərinin qədrini bilən şəxsiyyətlər nə demək isdədiyimi çox yaxşı başa düşərlər .
Günümüzdə gənclər danışan, yazışan, bir sözlə ünsiyyət quran zaman Okey, Xaroşo, Yes, No problem, baby və s. 

 

Nədir bunlar? Dilimizi niyə baltalayırıq. Xarmaxuşul edərək rusun, ingilisin sözlərini qatırıq. Nədir bu gəncliyin halı? Okey yerinə Bəli yazmaq, demək məgər çox çətindir? Durub hələ sinəsini irəli çəkib baş ucalığı ilə Yes deyir. Gözəl dilin durarkən dilinə parazit salmağın nə yeri var. Müasirlikdir indi bu? Ya gəncliyin mükkəməl anlayışı? Hansıdır?

 

Heç biri, heç biri bu anlayışın bir mənası varsa da öz dilinə hörmətlə yanaşmamaqdır. Kimisi kor-koranə , kimisi də bilərəkdən. Korluq çəkənlər Manqurda dönür. Bilərəkdən edən də mənəviyyatını itirir.


Cəlil Məmmədquluzadədən qeydlər...

 

Tiflisdə müsəlmanların milli komitəsi yığılıb məsələ müzakirə etməli olur. Lakin məclisin hansı dildə aparılması məsələsi az qala böyük problemə çevrilir... "Biri dedi rusca, biri dedi Osmanlıca, biri də dedi ermənicə..."


Papaqlarımızı ortalığa qoyub fikirləşək, hardadı bizim vətənimiz?!
Gəlin, gəlin ey unudulmuş vətənin cırıq-mırıq qardaşları!

 

Südabə Məmmədovanın qeydləri...

 

Tarixə nəzər salaq Sovetin ağır senzurası və ağır rejimləri milləti avam hala salaraq dilini, dinini əlindən alaraq insanları əlaltı robotlara döndərmişdi. O dövürdə ağızı olub da, dilini itirən millətə Mətbuat - Publisistika, Publisistlərimiz nəfəsli mürəkkəbi ilə xalqın dil, ağız olmuşdu. O boyda əzab qarşısında camaata Ana dilini qaytarmışdı.


Bunlar yada düşəndə İnsan heç qıyayrmı bir dənə belə olsa "Bəli" sözünü "Okey"lə əvəz etməyə?