Qızılca üçün təcili mexanizmlər hazırlanmalıdır -Aydın Əliyev
Bölmə: Sosial › ,Tarix: 21:22 28.11.2023
Son həftələrdə Qızılcaya yoluxanların sayı get-gedə artır. Yoluxanların əksər hissəsi isə tələbələr və şagirdlərdir. Xüsusən universitetlərdə qayıb limitinə görə tələbələrin məcburən universitetə getməsi xəstəliyin yayılmasına səbəb olur.
Bu mövzu ilə bağlı Radioloq, Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev İnformator.az- a fikirlərini bildirib:
"Son həftələrdə qızılca virusu yayılıb. Bəzən bu xəstəliyə yoluxmuş insanlar hiss etmir və belə olduqda digərlərinin də yoluxma ehtimalı artır. Bu hal xüsusən tələblər arasında keçərlidir. Bunun üçün təcili mexanizmlər hazırlanmalıdır. Universitetlərdə və məktəblərdə tibb otaqları var, orada peyvəndləri təşkil etmək olar ki, peyvəndlənmə sürətli şəkildə həyata keçirilsin. Eyni zamanda elan təşkil edilməlidir ki, özlərində xəstəliyin əlamətini hiss edən tələbə və şagirdlər dərsə getməsin, həkimə müraciət etsin.
Digər tərəfdən isə həm tələbələr, həm də ümumən qızılcaya yoluxmuş insanlara yaşadıqları ərazi üzrə tibb məntəqələrində peyvəndlənmə həyata keçirərək sürətli yoluxma riskini azaltmaq olar".
Aydan İsayeva