ABŞ dovşana qaç, tazıya tut deyir-Natiq Miri
Bölmə: Sosial › ,Tarix: 22:55 28.11.2023
Politoloq Natiq Miri ABŞ-ın siyasi mövqeyinə münasibətini İnformator.az-a bildirib.
ABŞ-ın siyasəti ondan ibarətdir ki, dovşana qaç, tazıya tut deyir. Yəni bir tərəfdə ikitərəfli qaydada görüşün təmin olunması və tezliklə sülh müqaviləsinin imzalanması bəyan edilir, digər tərəfdə Ermənistan müdafiə olunur və Azərbaycanın beynəlxalq hüquqa uyğun bütün davranışları tənqid olunur və bu kontekstdə Azərbaycan dövləti ittiham olunur. Ortada ədalətsiz bir yanaşma var və məhz bunun nəticəsidir ki, Azərbaycan ABŞ-da xarici işlər nazirlərinin görüşü ilə bağlı görüş təklifindən imtina etdi.
Bu çox ciddi bir göstərici və doğru addımdır. Çünki tərəfsizliyini pozan ABŞ-ın himayəsi altında keçirilən görüşdən konkret heç bir nə beynəlxalq hüquq çərçivəsinə uymaq, nə də ciddi bir qərarın çıxmağını gözləmək, özümüzü aldatmaq olardı. Ona görə də ABŞ-ın bu cür siyasəti davam etdikcə Azərbaycanın yanaşma tərzi də dəyişməyəcək. Biden höküməti hər zaman kriminal erməni maliyyəsi ilə maliyyələşən və seçkidə dəstəklənən bir şəbəkədir. Gələn il noyabr ayında ABŞ-da prezident seçkiləri keçiriləcək və bu xüsusda Biden'ın reytinqi çox aşağıdır, ən azından respublikaçıların prezidenti Trumpla müqayisədə çox aşağıdır. Belə olduğu təqdirdə demokratların erməni maliyyəsinə, erməni diasporunun dəstəyinə böyük ehtiyacı var. Buna görə də mən seçkilərə qədər ABŞ-ın Azərbaycan-Ermənistan münaqişəsində Azərbaycana olan yanaşmasının müsbət mənada dəyişəcəyini gözləmirəm. Çünki ən azından erməni tərəfdarı kimi özünü göstərməklə Biden seçkilərdə erməni diasporunun maliyyəsini qazanmaq üçün istənilən rola girəcək.
Bu, Azərbaycana ciddi təsir göstərməyəcək. Fəqət yenə də əgər belə davam edəcəksə, əlbəttə ki, sülh müqaviləsinin imzalanması perpektivdə görsənmir. Yalnız seçkilərdən sonra normal münasibətlərdən danışmaq mümkün ola bilər. Çünki ABŞ-də olan bütün hakimiyyətlər hər zaman seçkini həssas olaraq qəbul ediblər, ona görə də seçki ərəfəsində deyilən hər bir sözün dövlətin siyasi qərarı olaraq qəbul etmək mümkün olmur. USAID'in rəhbəri Samanta Pauerin mövqeyinə baxanda isə görürük ki, Samanta Pauer və USAID həmişə ABŞ-ın əlində alət olub. İstənilən bir dövlətə özünün geo-siyasi maraqlarını qəbul etdirmək üçün hər zaman təzyiq aləti kimi çıxış edib. Bu təşkilatın fəaliyyəti humanitar yöndə görsənsə də, əslində gördüyü işlər hər bir dövlət daxilində dağıdıcılıqla əlaqəlidir. Hansısa müxalif qüvvələrin maliyyələşdirilməsi, qeyri-hökümət təşkilatları və medianın maliyyələşdirilməsi ilə həmin dövləti idarə edən hökümətin əleyhinə insanların qaldırılması yolu ilə etirazlar yaratmaq, hakimiyyəti devirmək, əlbəttə ki, ABŞ-ın maraqları çərçivəsində kukla rejimlərinin hakimiyyətə gətirilməsi ilə məşğul olur. Bu gün də USAID üçün dəyişən heç nə yoxdur, Azərbaycandakı son hadisələr də bilavasitə bunu təsdiq edir. Ayrıca USAID Azərbaycan-Ermənistan münasibətində də Ermənistandan yana davranır. Buna görə də USAID-ın fəaliyyəti təcili olaraq dayandırılmalıdır.
Gülay Qəribova