Sertifikasiya imtahanları təhsil sisteminin sağlamlaşdırılması üçün önəmlidir-Kamran Əsədov

Bölmə: Sosial › ,
Tarix: 13:32 30.11.2023

Elm və Təhsil Nazirliyi növbəti ayın əvvəli sertifikasiyaya cəlb olunacaq fənn müəllimləri barədə məlumat verəcək.

Bəs, növbəti imtahanlara hansı müəllimlər cəlb oluna bilər?   

 

Təhsil eksperti Kamran Əsədov sertifikasiya imtahanları, onların keçirilmə prosesi, müsbət cəhətləri ilə bağlı informator.az - a açıqlama edib. Ekspert deyir ki, sertifikasiya olduqca önəmli prosesdir:

 

"Hal-hazırda 4432 orta məktəbdə 150 000-ə yaxın müəllim fəaliyyət göstərir Və onların biliklərinin, bacarıqlarının yoxlanılması, ixtisas biliklərinin müəyyənləşdirilməsi vacibdir. Bu həm də gələcəkdə onların kariyera inkişafına bilavasitə təsir göstərir. Bildiyimiz kimi, 2022-ci ildən etibarən Azərbaycanda sertfikasiya prosesi başlayıb və buna ibtidai sinif müəllimləri, 2023-cü ildə isə Azərbaycan dili müəllimləri də bu prosesə daxil olub. 1 ay əvvəl hərbi hazırlıq müəllimləri də sertfikasiyaya cəlb edildi. Burada ən önəmli məqamlardan biri müəllimlərin kütləvi olaraq bu prosesə cəlb edilməsidir ki, bu onların əmək haqlarına müsbət təsir göstərsin". 

 

Müsahib əlavə edir ki, Azərbaycanda Riyaziyyat və Tarix fənni müəllimlərinin sayı çoxdur:

 

"Növbəti prosesdə gözləntimiz riyaziyyat, xarici dil müəllimlərinin sertfikasiya prosesinə cəlb edilməsidir. Sertfikasiya prosesinin tez bitməsi ən önəmli məqamdır. Çünki bu, müəllimlərin əməkhaqqının 35% və 10% artımına səbəb olacaq". 

 

Həmçinin,sistemdə bilik və bacarıqları yetərli olmayan müəllimlər prosesdən uzaqlaşdırılacaq. 

 

"Bu imtahanlar təhsil sisteminin sağlamlaşdırılması üçün önəmlidir. Biz burada müəyyən qədər diqqətli olmalıyıq".  

 

Ekspert hesab edir ki,test tipli tapşırıqlarla bağlı məsələyə də yenidən baxmaq lazım deyil,ancaq qapalı tipli suallar var.

 

"Birinci proses başa çatdıqdan sonra açıq tipli suallardan da istifadə etməliyik ki, daha hazırlıqlı, bilikli müəllimləri seçə bilək. Ümumi olaraq, sertifikasiya prosesinin müsbət cəhətləri çoxdur". 

 

Kamran Əsədov sonda əlavə edir ki, yaşı çox olan insanlar bu imtahanlardan çəkinirlər, ancaq yaşı 60-dan çox olan şəxslərə güzəştlər ediləcək, yəni, onlar bu prosesdə iştirak etməyə bilərlər. Lakin karyera inkişafı istəyənlər bu prosesdə iştirak etməlidirlər və bu olduqca yaxşı haldır.

 

Nəzrin Mirzəyeva