Nəqliyyat ödənişlərində yenidən artım müşahidə edilə bilər? -AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 10:07 04.12.2023
Əhali arasında aparılan sorğuya görə, nəqliyyat vasitələrinə ümumi şəkildə günlük 2-5 manat, aylıq isə 50-100 manat aralığında vəsait xərcləyirlər. Nəticədə, sorğuda iştirak edənlərin 81 faizi nəqliyyat ödənişlərindən narazı qaldıqlarını bildiriblər. Maraqlıdır ki, yaxın günlərdə nəqliyyat ödənişlərində yenidən artım müşahidə edilə bilər? Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov fikirlərini İnformator.az ilə bölüşüb.
Eldəniz Cəfərovun sözlərinə görə, vətəndaşların nəqliyyata xərclədiyi vəsait xeyli artıb.
"Yay mövsümündən Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və yerli taksi şirkətləri qeyri-qanuni şəkildə taksi qiymətlərini artırıb. Məsələn, 1.50 qəpikdən 2.50 qəpiyə qədər artımı müşahidə edilib. Bu qiymət artımlarını özləri təyin edirlər".
Ekspert vurğulayır ki, vətəndaş taksiyə 2 manat ödəyərkən 3 manat rüsum ödəməyə məcbur olur.
"Bu, aylıq xərclərin artmasına səbəb olur. Nəqliyyat ödənişlərində artım taksi və ictimai nəqliyyatda müşahidə olunub. Gələcəkdə nəqliyyat ödənişlərində artım olacağını düşünmürəm".
Fatimə Mustafayeva