DÖVLƏT POLİKLİNİKALARINDAKI VAKSİNLƏ ÖZƏL XƏSTƏXANALARDAKI VAKSİNLƏR ARASINDAKI FƏRQ
Bölmə: Araşdırma › ,Tarix: 22:38 05.12.2023
Son günlər ölkədə yayılan qızılca virusu xəstəliyə qarşı vaksin məsələsini gündəmə gətirib. Övladını vaksin etdirməyənlər narahatlıq içərisindədir. Təkcə xəstəliyə görə yox, vaksini harda etdirməyinə görə.
Məlum məsələdir ki, hazırda virusun peyvəndi həm dövlət xəstəxanalarında, həm də özəl klinikalarda tətbiq edilir. Təbii ki, özəllər də bu proses ödənişlidir. Özü də az məbləğə deyil, aşağı qiymət 100 manatdan başlayır. İnsanların çaşqınlığına və narahatlığına səbəb olan da elə budur. Əksəriyyət elə zənn edir ki, özəl klinikada pulludursa, deməli dövlət xəstəxanalarından daha keyfiyyətlidədir.
Yeganə fərq istehsalçı ölkənin adındadır. Məsələn, hazırda Dövlət polikilinikalarında istər qızılcaya qarşı, istərsə də bir çox virus əlehinə tətbiq olunan vaksinlər əsasən Hindistanda istehsal olunanlardır. Özəl xəstəxanalar isə Belçikadan sifariş verir. Ona görə də insanlar elə zənn edir ki, Avropadan gələn daha keyfiyyətlidir. 10 saylı Uşaq Poliklinikasının pediatrı Lalə Qüdrətzadə deyir ki, Avropa istehsalı olan vaksinlərlə, Hindistan vaksinləri arasında fərq sadəcə istehsalçıdadır. "Sadəcə olaraq, əhali arasında tirajlanan bir mövzu var ki, Avropadırsa daha yaxşıdır, ancaq bu sırf brendə bağlamaq kimi bir şeydir. Sadəcə reklam xarakteri daşıyır, yəni özəl klinikalar məhsulunu hansısa bir üsulla satmalıdır".
Özəl klinikalardan birində çalışan pediatr da deyir ki, heç bir fərq yoxdur, tərkib eynidir. Amma bir maraqlı məqam var ki, niyəsə yaxın gələcəkdə bütün dövlət xəstəxanalarında məhz özəl klinikalarda istifadə edilən vaksinlər tətbiq olunacaq. Pediatr Günay Rəsulovanın sözlərinə görə, dövlət poliklinikalarında olan peyvəndlərin özəllərdən ciddi bir fərqi yoxdur. "Biz ona görə də ailələrə hər zaman deyirik ki, imkana görə özəldə də vurdura bilərsiniz, dövlətdə də. Yəni bütün tibbi xidmətlər kimi. Yaxın bir il ərzində Dövlət proqramı vasitəsi ilə bütün dövlət poliklinikalarında özəldə vurulan peyvəndlərİN vurulacağı gözlənilir. Bu barədə bizə Səhiyyə Nazirliyinin baş mütəxəssis eksperti tərəfindən bu məlumat verilib ki, belə bir proqram hazırlanır".
GÜNDÜZ