“Google” yeni texnologiyasını tanıdıb
Bölmə: Sosial › ,Tarix: 22:36 06.12.2023
“Google” şirkəti ən böyük “Süni intellekt” modelinin premiyerasını edib.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, yeni proqramlaşdırmaya “Gemini” adını verib. Son aylarda şirkət daxilində “Süni intellekt” texnologiyasının yaradılması üçün təzyiq artsa da, nəyahət ki, dekabrın 13-də “Gemini”ni istifadəyə verəcəklər.
”Gemini”nin dili çoxşaxəlidir və 3 fərqli ölçülü paket şəklində istifadəçilərə təqdim olunması gözlənilir. Proqram paketi ən böyük və ən “bacarıqlı” kateqoriya “Gemini Ultra”, çoxçeşidli missiyalarla işləyən “Gemini Pro” və nisbətən məhdud istifadəyə açıq olan və mobil cihazlar üçün nəzərdə tutulan “Gemini Nano”dan ibarət olacaq.
Şirkət hələlik “Gemini”ni “Google Cloud” üzərindən lisenziyalaşdırmağı planlayır. Yeni “süni intellekt”modelinin ən müsbət və əlverişli cəhətlərindən biri “Android” developerlər tərəfindən proqramladırmağa açıq olmasıdır.
Əli Məmmədli