Həkimlər də sertifikasiya prosesinə cəlb olunmalıdırlar?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 19:52 07.12.2023
Bildiyimiz kimi, Azərbaycanda müəllimlər sertifikasiya prosesinə cəlb olunurlar. Sertifikatlaşdırma prosesinin məqsədi pedaqoji fəaliyyətlə məşğul olan şəxslərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılmasıdır.
Bəs bu prosesə sadəcə müəllimlər yox, həkimlər də cəlb oluna bilər? Tibb sahəsi üzrə də sertifikasiya prosesi keçirilməlidir mi?
Tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla informator.az- a açıqlamasında suallarımızı cavablayıb. Onun fikrinə görə, imtahan verib, tədris alıb, diplom alan şəxs ikinci dəfə imtahana cəlb oluna bilməz.
"Dünyanın heç bir ölkəsində belə bir qayda yoxdur. Ali təhsil alıb, diplom alan şəxs ancaq akkreditasiya sisteminə cəlb oluna bilər. Biz də bu sistemi qurmalıyıq, yaratmalıyıq, müəllimlərin və həkimlərin təkmilləşməsi istiqamətində fəaliyyətimizi qurmalıyıq. Sertifikasiya imtahanı mənasızdır. Həkimlərin və ya müəllimlərin inkişafı üçün heç bir önəmi yoxdur".
Həkim düşünür ki, sertifikasiya imtahanını akkreditasiya ilə əvəz etmək daha düzgündür. O, əlavə edir ki, çünki dünyanın hər yerində bu belədir.
Nəzrin Mirzəyeva