Zəlzələ zamanı nə etməli?-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 21:30 07.12.2023
Zəlzələlərin harada baş verə biləcəyini bilmək mümkündür, lakin onların nə vaxt olacağını proqnozlaşdırmaq hələ də çətindir. Bu səbəbdən də sakinlər zəlzələdən ən az zərərlə xilas olmaq üçün təhlükəsizlik tədbirlərinə riayət etməlidirlər. Sakinlərə müvafiq qurumlar tərəfindən yeraltı təkanlar zamanı təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar verilir. Amma hələ də zəlzələ zamanı nə etməli olduğunu bilməyənlər də var.
İnformator.az xəbər verir ki, məsələ ilə bağlı Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayeva açıqlamasında deyir ki, zəlzələ zamanı zəlzələni piləkənlərin üzərində qarşılamaq tövsiyə olunmur.
“Çünki binanın ən həssas nöktələri piləkanlardı. Zəlzələ zamanı oların daha tez sıradan çıxma ehtimalı var, həmçinin liftlərin də. Zəlzələ zamanı liftlərdən qətiyyən istifadə etmək olmaz. Təbii ki, müasir binalarda zəlzələ baş verən anda və ya digər fövqəladə hadisələr zamanı liftlərdən şəxslər istəsə də istifadə edə bilmirlər, liftlər xüsusi bir sistemə düşürlər. Lakin köhnə binalarda bu liftlərdə yeni müasir sistemlər olmadığına görə, bəzən sakinlər çalışırlar ki hündür mərtəbəli binanına, məsələn ən yuxarı mərtəbələrində yaşıyan şəxlər liftlər vasitəsi ilə binanı tərk eləsinlər. Bu da çox ağır nəticələrə səbəb ola bilən bir haldır”.
Orxan Musayev qeyd edir ki, sarsıntı bitənə qədər evdə hər hansı problemin olmaması üçünsə əvvəldən tədbir görmək mümkündür.
“Mənzildəki əşyalar düzgün yerləşdirilməlidir. Məsələn uşaqlar üçün yerləşdirilən çarpayılar pencərələrin yanında olmamalıdı, orda hər hansısa bir zəlzələ zamanı şüşələrin qırılması halları baş verə bilər ki, bu da uşaqlara ciddi şəkildə xəsarət yetirə bilər. Evdə döşəmələrin üzərində hər hansısa düşə bilən əşyalar yerləşdirilməməlidi ki, zəlzələ zamanı o əşyalar insanlara xəsarət yetirə bilər. Mənzil şəraitində insanı zəlzələ haqlıyıbsa, orda dəmir masaların altında və yaxud qapıların beton arakəsmələrinin alt istiqamətində dayanıb zəlzələ təkanlarının bitməsini gözləmək lazımdı”.
Ekspert əlavə edir ki, zəlzələ bitəndən sonra binanın qəzalı vəziyyətə düşə biləcəyi nəzərə alınaraq tikilini tərk etməkdə fayda var.
“Əgər təkanlar yenidən hiss edilərsə sakinlər binalardan, elektrik kabellərindən, çuxurlardan, yanacaq və qaz xətlərindən, borulardan uzaq açıq ərazidə gözləməlidirlər”.
Lamiyə