Qızılca geri qayıdır? -Bu xəstəlik haqqında nə bilmək lazımdır

Bölmə: Sosial › ,
Tarix: 22:20 07.12.2023

Ölkədə yayılan qızılca virusunu bəziləri başqa xəstəliklərlə qarışdırır. Hətta bu azmış kimi sosial şəbəkələr üzərindən xəstəliyin qızılca deyil, başqa virus olduğunu əks etdirən əsassız iddialar paylaşılır. Yayılan dezinforimasiyalarla bağlı mütəxəssislər açıqlama verib.

 

İnformator.az xəbər verir ki, mütəxəssislərin açıqlamasına görə, hazırda ölkədə yayılan virusun adı qızılcadır, xaricdə yayılan xəstəliklə heç bir əlaqəsi yoxdur.

 

"Hazırda kəskin şəkildə yayılan və yayılmağa da davam edən xəstəlik qızılca virusudur. Belə geniş vüsət almasının isə yalnız bir səbəbi var, peyvənd olunmamaq”.

 

Mütəxəssislərin son günlər apardığı müşahidələr də onu göstərir ki, peyvənd edilməyən və xəstəliyə yoluxanla təmasda olan hər on uşaqdan 9-zu qızılca virusuna yoluxur.

 

Səhiyyə Nazirliyinin epidemiologiya üzrə mütəxəssis eksperti Nigar Mütəlibova deyir ki, ən də o şayələri eşitmişəm ki, ay nə bilim bəlkə qızılca deyil, başqa şeydir.

 

"Yəni bu şayələrə son qoymaq lazımdır. Xahiş edirəm əsassız məlumat bölüşməyin, bu “Qızılca” xəstəliyidir. Hər hansısa onun ağır fəsadlarla keçməsi bu labütdür, qızılcada belə bir fəsadlar ümumiyyətlə həmişə qeyd olunub. Pnivmaniya da olurdu, körpə uşaq ondan da dünyasını dəyişirdi, miningirt də olurdu. Sadəcə olaraq bizim nəsil peyvənd olunan nəsildir, ona görə də biz görməmişik ətrafımızda bu cür ölüm hadisələri olsun".

 

İnfeksionist İlhamə Şirinova qeyd edib ki, peyvənd olunmayanlar, əsasən də azyaşlılarda qızılca virusu elə ilk gündə əlamətlərini göstərir.

 

"Qızılca xəstəliyinin ilkin başlanığıcı, halsızlıq, yükək hərarət, boğaz ağrısı, boğazlarda ödem, qızartı, şişkinlik müşahidə olunur. Məsələn, deyirlər ki, boğaz ağrısı, burada epşteym var, monoklyoz ola bilər. Lakin onun səpki devri olur. Qızılca xəstəliyinin dövrü olur ki, hansı ki, onu digər viruslardan fərqləndirən, etaplı səpki. Xəstənin üçüncü-dördüncü günündən sonra başlayır səpməyə".

 

Hazırda Çin Xalq Respublikasında da bənzər virus yayılıb, əksəriyyət də qızılcanı məhz həmin virusla əlaqələndirir. Amma mütəxəssislər deyir ki, əlamətləri oxşar olsa da ölkəmizdə yayılan qızılca ilə heç bir əlaqəsi yoxdur.

 

Səhiyyə Nazirliyinin epidemiologiya üzrə mütəxəssis eksperti Nigar Mütəlibova eyni zamanda söyləyib ki, son məlumatlar göstərir ki, orada mekoplazma pnevmaniyası yayılmaqdadır.

 

"Mekoplazma bu hüceyrəsiz bakteryalardır viruslara onların bənzər xüsusiyyəti odur ki, onlar hüceyrədaxili inkişaf edə bilirlər, amma bunlar yəni mikoplazmanın pnevmaniya törədən mikoplazmanın qızılca virusu ilə heç bir qohumluğu yoxdur, yaxınlığı yoxdur".

 

Nəriman Hüseynzadə