Qəzaların sayı niyə artır? -AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 22:26 07.12.2023

Piyadaların ölümü ilə nəticələnən qəzaların böyük hissəsi həmin şəxsləri yolu düzgün keçməməsi səbəbindən baş verir. Magistral yolun üzərində müəyyən məsafədən bir belə yerüstü piyada keçidləri quraşdırılıb, piyada keçidlərində olan ekskalatorlar da işlək vəziyyətdədi amma piyadaların əksəriyəti yerüstü keçitdən yox magistral yoldan keçməyə üstünlük verirlər. Piyadalar yolun onlar üçün təyin edilməmiş hissəsindən keçməklə özləri ilə yanaşı həm də sürücülər üçün təhlükə yaradırlar. Magistral yoldan keçənlər müşahidə kameralarına da düşürlər.

 

İnformator.az xəbər verir ki, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin Mətbuat Katibi Ömər Xıdırovun sözlərinə görə, piyadalar keçidlərin olmasına baxmayaraq hətta 4,5,6 zolaqlı yollarda belə birbaşa hərəkət hissəsindən keçirlər.

 

"Bəzi piyadalar var ki, paytaxtın müxtəlif küçə və praspektlərində xüsusən də H.Əliyev, Z.Bünyadov, Babək, 8 Noyabr və digər küçə və praspektlərdə yaxınlıqda yeraltı və yerüstü piyada keçidləri olmasına baxmayaraq həmin piyadalar birbaşa yolun hərəkət hisəsinən hərəkət edirlər təbii ki bunun əsasında piyadaların məhsuliyətsizliyi, ani diqqətsizliyi dayanır ki, nəticədə yolun hərəkət hisəsindən birbaşa istifadə edən piyadanı avtomobil vurur və xüsusilə də ölüm və xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi qaçınılmaz olur".

 

Ekspertin sözlərinə görə, il ərzində piyadaların ölümü ilə nəticələnən yol nəqliyyat hadisələrinin böyük hissəsi həmin şəxslərin yolu düzgün keçməməsi səbəbindən baş verib.

 

"Qeyd edək ki, hər hansı ərazidə yerüstü və ya yeraltı piyada keçidi olduğu halda yolun hərəkət hissəsindən keçənlər qanunvericiliyə əsasən 20 manat cərimə edilir".

 

Sərxan