Bakıda elektrikli maşınların sayı sürətlə artır-Təhlükə varmı?

Bölmə: Sosial › ,
Tarix: 22:23 08.12.2023

Bakıda elektrikli maşınların sayı sürətlə artır. Elektriklə işləyən nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsində gömrük rüsumu olmadığı üçün onlara tələbat daha çoxdur.

 

Məsələ ilə bağlı Nəqliyyat eksperti Eldəniz Cəfərov İnformator.az-a açıqlama verib. Ekspertin sözlərinə görə, elektrik mühərrikli avtomobillər insan sağlamlığına hər hansı bir təhlükə yaratmır.

 

“Əksinə, elektrik mühərrikli avtomobillər zəhərli qaz buraxmadığı üçün, ətraf-mühitə xeyirli avtomobillər sayılır. İstehsal ili üç ildən çox olmayan, yəni yeni elektromobillər ölkəmizə idxal olunan zaman, onlar həm gömrükdə, həm də vergidə rüsumlardan azad olurlar".

 

Eldəniz Cəfərov qeyd edir ki, yaxın gələcəkdə elektrik mühərrikli nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsində hər hansı bir rüsum tətbiqi gözlənilmir.

 

"Elektromobillər ekoloji təmiz nəqliyyat vasitəsidir, elektromobillərə tətbiq edilən rüsumların aradan qaldırılmasında da bu kimi müəyyən səbəblər var. Başlıcası vətəndaşlar bu avtomobillərə üstünlük versinlər deyədir, təbii ki".

 

Ekspert sonda bu avtomobillərə rüsum tətbiq edilməməsinin səbəblərini də qeyd edib.

 

“Elektrik mühərrikli avtomobillərə rüsum tətbiq edilməməsində əsas məqsəd Azərbaycanın, ölkəmizin ekosistemi yaxşılaşdırılması və atmosferə buraxılan zərərli qazların miqdarının azalmasıdır”, - deyə ekspert yekunlaşdırıb.

 

Gülay Qəribova