Parklanma problemini necə həll etmək olar?-Ekspert detalları açıqladı

Bölmə: Sosial › ,
Tarix: 23:07 08.12.2023

"Parklanmalarla bağlı olan məsələlər tez-tez gündəm mövzusu olur. Burada məsələnin mahiyyəti ondan ibarətdir ki, parklanmada iştirak edən şəxslər, ümumiyyətlə bəziləri qaydaları bilmir, bilsə belə buna əməl etmir".

 

Bu fikirləri İnformator.az - a açıqlamasında Nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib.

 

"Xüsusən, parklanma ərazilərində yer səthində zolaqlar üzrə müəyyən nişanlar qeydə alınır ki, bu işarələr müəyyən dərəcədə sürət həddinə əməl etmək mahiyyətini özündə kəsb edir”.

 

Ekspert düşünür ki, qeyd olunan qaydalara riayət olunmaması vətəndaşlara qarşı edilən bir hörmətsizlik kimi nəzərə çarpır.

 

"Sürücünün nəqilyyat vasitəsini digər zolaq üzrə kiminsə yanında, yaxud ətrafında saxlaması, qapının açılıb-bağlanmasında, o cümlədən minib-düşmə zamanı müəyyən narahatlıqlara səbəb olur”.

 

Aslan Əsədovun sözlərinə görə, park olunan avtomobilərin sahibləri şüşələrinə nömrələr qeyd etməlidirlər.

 

“Parklanma problemi ilə üz-üzə gəldikdə, yaxşı olar ki, sürücülər avtomobillərin şüşələrinə öz əlaqə nömrələrini qeyd etsinlər ki, onları tapmaq daha rahat olsun. Eyni zamanda isə nəqliyyat vasitələrini idarə edən şəxslər harda gəldi avtomobilərini atıb, getməməli və harda gəldi park etməməlidirlər”.

 

Tehran Yusifli