Erməni əsirliyindən qurtulan anaların təəssüratları

Bölmə: Araşdırma › ,
Tarix: 16:16 11.12.2023

    Erməni əsirliyindən azad olunacaq həbçilərimiz Hüseyn Axundov və Aqşin Bəbirov bu ilin aprelində Naxçıvanın Şahbuz rayonunda əlverişsiz hava şəraiti səbəbindən itkin düşərək Ermənistana əsir düşüb. Onlara qarşı saxta ittihamlar irəli sürülərək qondarma qərarla Aqşin Bəbirov 11 il 6 ay, Hüseyn Axundov isə 20 il azadlıqdan məhrum edildi. Amma Hüseyn haqqında  ömürlük həbs qərarı verildi. İndi əsirlikdən azadolma xəbəri Hüseynin ailəsində bayram ab-havası yaradıb. Anası Şəlalə xanım oğluna qovuşmaq üçün səbirsizlənir. "Hamınız bilirsiz ki, onun ömürlük həbs cəzası çıxdı, özü də qatılaşmış rejimdən. Hətta mən qorxurdum ki, elə olsun onu telefonla danışmağa belə qoymazlar. Amma səhərsi, heç bir sutka keçmədən şad xəbər verildi ki, uşağlar dəyişdirilir. Həqiqi şok olduq, sevincimizdən bilmirdik nə edək". Şəlalə ana xoş xəbəri aldıqdan sonra Aqşinin anasını da unutmayıb, ona da gözaydınlığı verib. "Zəng elədim, qışqırıram, deyir ay qız, ağlama bir sus görüm, nə demək istəyirsən? Hüseynə nəsə olub? Əvvəlcə o elə fikirləşdi ki, Hüseynə nəsə olub. Dedim, Dürdanə uşaqlarımızı gətirirlər". 

    Aqşinin valideynləri deyir, bu xəbər onlara övladlarının əsirlikdə olduğu 8 ayda yaşadıqları çətinlikləri unutdurub. " Nə deyim,  deyiləsi sözüm çoxdu, kövrəyəm, sevincliyəm, bilmirəm, nə deyəcəyimi bilmirəm. Sevincimin həddi hüdudu yoxdu".