Sığorta kimə tətbiq edilir?
Bölmə: Sosial › ,Tarix: 16:25 11.12.2023
Sığorta əmək müqabilində işləyən bütün işçilərə mütləq şəkildə tətbiq edilir - sığorta eksperti İlkin İbrahim informator.az saytına verdiyi açıqlamada bildirib ki, ölkəmizdə istehsalat zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirmək kimi hallar baş verərsə, bunun üçün icbari sığorta mövcuddur. Bu sığorta əmək müqavili ilə işləyən işçilərə məcburi şəkildə tətbiq edilir. Dövlət Əmək Müfəttişliyi Xidməti prosesə nəzarət edir. "Daha sadə desək, əmək müqaviləsi ilə çalışan işçilər reyestrdan keçirilir və nəzarət edilir. Müqavilə bağlandığı gündən sığorta tətbiq edilir. Əgər işçi sığorta ilə təmin olunmasa, iş sahibi külli-miqdarda pul cəriməsi olunur. İşçi müqavilə bağladığı dövrdən, hansı saatlarda işdə olarsa, qəflətən baş vermiş bədbəxt hadisə zamanı xəsarət alarsa və ya dünyasını dəyişərsə, hadisənin risk dərəcəsi üçün siyahı tərtib edilir və işçilərə sığorta verilir. Daha sadə işdə işləyənlər, məsələn; ofis işçilərinə daha az, fəhlələrə və riski daha çox olan işçilərə isə, daha çox sığorta tətbiq edilir".
SEVİNC YARMƏMMƏDOVA