İsrail Qəzza sərhədində gizli tunel tapıb
Bölmə: Siyasət › ,Tarix: 19:16 18.12.2023
İsrail hərbi birləşmələri Qəzza sərhədinə bitişik ərazidə tunel ələ keçirərək müharibədən əvvəlki kəşfiyyat təxribatıyla bağlı yeni informasiyalar əldə edib.
Bu hadisə insanlarda İsrail ordusunun Həmas silahlılarının ölümcül 7 oktyabr hücumununa hazırlıq ərəfəsini necə gözdən qaçırdığına aid suallar yaradıb.
Tunelə keçid yolu ciddi möhkəmləndirilən Erez keçidindən və yaxınlıqdakı İsrail hərbi bazasından cəmi bir neçə yüz metr uzaqdadır.
İsrail ordusunun 17 dekabrda mətbuata verdiyi açıqlamada bu keçidin 4 kilometrdən uzun olduğunu, 7 oktyabr hücumu zamanı hərbi sursatların daşınması və avtomobillərin hərəkəti üçün yetərli genişlikdə olduğunu qeyd edib.
Ordunun bildirdiyinə görə, həmin gün Həmas silahlıları divarın Erez keçidinə yaxın hissəsini yarmaq üçün reaktiv qumbaraatandan istifadə edərək bazaya hücum edib, ən azı üç əsgəri öldürərək bir hissəsini Qəzzaya əsir olaraq götürüblər.
Bu, silahlıların İsrailin təhlükəsizlik müdafiəsini asanlıqla keçərək İsrail ərazisinə daxil olduğu və 1200-ə yaxın insanı öldürdüyü, 240-a yaxın adamı girov götürdüyü sərhəd divarı boyunca bir neçə yerdən sadəcə biridir.
Əli Məmmədli