Azərbaycan-İrəvan münasibətlərində yeni faza
Bölmə: Siyasət › ,Tarix: 20:08 18.12.2023
Bakı ilə İrəvan münasibətlərdə yeni fazaya keçid edib. Son olaraq əsirlərin mübadiləsi normallaşma prosesini daha da sürətlənib. Yaxın günlərdə tərəflərin sülh masasına oturacağı da səslənən iddialar arasındadır.
Baş verənlər fonunda bu normallaşma meyllərinin siqnalları indi artıq Ankaradan duyulur. Belə ki, uzun müddətdir, diplomatik əlaqələri pozulan, ikitərəfli təmasları donduran tərəflərin münasibətlərini yenidən gözdən keçirəcəyi güman edilir. Burada münasibətlərin bərpası dedikdə, ilk olaraq sərhəd buraxılış məntəqələrinin açılması, kommunikasiya xətlərinin yenidən işə salınması nəzərdə tutulur.
Siyasi şərhçilər, Ermənistanın qarşısında duran bir sıra məsələləri həll edəcəyi təqdirdə, prosesin pozitiv yekunlaşacağına ümid edirlər. Çünki regiondakı hazır vəziyyət bu proqnozların reallaşacağına şərait yaradır.
Siyasi şərhçi Əli Mustafa deyir ki, mütləq Azərbaycanın da , Türkiyənin də maraqları, haqlı tələbləri nəzərə alınmaqla, yəni Ermənistan tərəfi də bu məsələlərə də anlayış göstərərsə - bildiyimiz kimi Ermənistanın konstitutiyasında Türkiyə ilə bağlı ərazi iddiaları var, Azərbaycanla bağlı ərazi iddiaları var - Ermənistan bu məsələləri də aşarsa, bunlarda da konstruktiv olarsa, bütövlükdə Azərbaycan və Türkiyə ilə nəhayət normal münasibətlər qurmaq, ticarət, iqtisadi əlaqələr yaratmaq istəyərlərsə, məncə biz də Türkiyədən buna "olumlu" cavab alarıq.
Xatırlatmaq lazımdır ki, sərhədlərin bağlanması 1993-cü ildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə cavab olaraq Türkiyənin atdığı addımdır. Bu gün isə mövcud reallıqlar fonunda səslənən bəyanatlar İrəvanın sərhədlərin açılmasında xeyli maraqlı olduğunu göstərir. Baş nazir Nikol Paşinyan son çıxışında regionda kommunikasiyaların açılması üçün konkret addımlar atmağa hazır olduğunu ifadə edib. O, bundan öncəki çıxışlarında da Ermənistan-Türkiyə sərhədinin açılmasına böyük ümidlə yanaşdığını diqqətə çatdırıb. Yaxın günlərdə Ermənistan xarici işlər nazirliyi Türkiyə-Ermənistan sərhədindəki Marqara sərhəd-buraxılış məntəqəsinin istismara hazır olduğu xəbərini də yayımlayıb. Ermənistan sərhədin üçüncü ölkənin vətəndaşları, bundan başqa diplomatik pasportu olan şəxslər üçün açılması üzrə Türkiyədən pozitiv siqnallar gözlədiyini açıqlayıb.
Ankara ilə sərhədlərin açılması, habelə kommunikasiyaların tamamilə bərpa olması İrəvanın daxili və xarici iqtisadiyyatına şübhəsiz ki, fayda qazandıracaq.
Türkiyəli siyasi şərhçi Hasan Oktayın sözlərinə görə, Türkiyənin birbaşa Türkiyə üzərindən dünyaya açılmasını istəməsi üçün Türkiyə ilə Ermənistan arasında sərhəd keçidlərinin açılması lazımdır.
"Ermənistan hazırda zəif ölkədir və təsir edən ölkədir. Beləliklə, Azərbaycanla sülh imzalanana qədər o, çoxlu sayda xarici təzyiqlə qarşılaşacaq. Burada bu təzyiqi yalnız Türkiyənin gücü ilə söndürə bilərik. Bununla bağlı Azərbaycan Türkiyənin mövqeyini və vəziyyətini qiymətləndirməli və 3-cü dünyaya getməlidir".
Türkiyəli ekspertlər Ermənistanın daxili məhsullarının Türkiyə vasitəsilə Avropaya ixrac ediləcəyi təqdirdə həm nəqliyyat xərclərinin azalacağının, həm də rəqabətə davamlı iqtisadi mühitin formalaşacağının qənaətindədirlər. Bu məqsədlə, Ermənistan öncə öhdəliklərini şifahi nitqdən konkret əməllərə çevirməlidir.
Türkiyəli siyasi ekspert İsmail Cingöz bildirib ki, Paşinyan tez-tez deyirdi: "Biz Türkiyədə normallaşma istəyirik, sərhədlərin açılmasını istəyirik, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasının vaxtı çatıb" - onun ritorikası qüvvəyə minməlidir və bu, Türkiyə və Azərbaycanın münasibətlərini qanuni şəkildə necə qurmasından asılıdır.
Ankaranın bu istiqamətdə atacağı addımlar isə birbaşa Bakı-İrəvan əlaqələrindən asılı hesab edilir. Bakıya səfər edən Türkiyə xarici işlər naziri Hakan Fidan da öz çıxışında bu məsələyə toxunub. Nazirin sözlərinə görə, Ermənistanla sərhədlərin açılması Bakı və İrəvanın sülh danışıqlarının yekunları əsasında qərar veriləcək. Türkiyəli nazir digər tərəfdən regionda münaqişənin bitdiyini, münasibətlərin normallaşmasında hər hansı maneə görmədiyini dilə gətirib. Bu da bilavasitə yaxın zamanda Ankara-İrəvan sərhədlərinin açılacağının siqnallarını verir. Proseslər isə bizi İrəvanın türkiyəyə gedən bütün yollarının Azərbaycandan keçdiyinə əmin edir...
Çimnaz